09 Iyul 2024 14:39
550
ELM VƏ TƏHSİL

Qarabağ Universitetində yeni vakansiyalar elan olundu

Qarabağ Universitetində kafedra müdiri vəzifəsi üzrə vakansiyalar elan olunub.

Bu barədə Adalet.az-a Elm və Təhsil Nazirliyindən bildirilib.

Verilən xəbərə görə, Qarabağ Universitetinin Mühəndislik, Turizm, İncəsənət, Humanitar və sosial elmlər, Pedaqoji və İqtisadiyyat fakültələrində müvafiq kafedralar üzrə müdir vəzifəsinə vakansiyalar elan edilib.

    Tələblərə cavab verən namizədlər müraciətlərini mövzu yerinə “_ (istiqamət üzrə) kafedra müdiri” yazmaqla [email protected] elektron poçt ünvanına göndərə bilərlər. Vakansiya üzrə son müraciət tarixi 22 iyul 2024-cü ildir. Namizədlər ətraflı məlumatla buradan tanış ola bilərlər.