17 Fevral 2025 18:44
1015
İDMAN

Qazaxıstan millisinin hücumçusu “Neftçi”nin hədəfində

“Neftçi”nin maraq dairəsində olan daha bir futbolçunun adı bəlli olub.

Adalet.az xəbər verir ki, Bakı klubu Qazaxıstan millisinin hücumçusu İslam Çesnokovu heyətinə qatmaq istəyir.

“Neftçi” forvardın formasını geyindiyi “Tobol”la razılıq da əldə edib. Lakin İslam karyerasını Avropanın aparıcı liqalarında davam etdirmək istəyir. 25 yaşlı futbolçu ilə Şotlandiya təmsilçisi “Harts” da maraqlanır. Lakin böyük britaniyalılar da “Tobol”la razılığa gələ bilmir.

Qeyd edək ki, 2023-cü ildən Qazaxıstan millisinə çağırılan hücumçu 4 oyunda 2 qol vurub.