Şəlalə Camal: Yaşlanmaq...
Yenə günlər ömrümə
Düşüb qor düşən kimi.
İynə ilə ömrümü
Eşib gor eşən kimi...
Demə günün dərdi nə?
Düşüb gülün dərdinə.
Gedib eşq sərhəddinə
Aşıb kor aşan kimi...
Yenə saatlar keçmir,
Yenə əqrəblər donub.
Yenə çaylar buz tutub
Başı daşlaşan kimi...
Yenə sözüm bulanıq,
Yenə gözüm qaranlıq,
Yenə özüm bir anlıq,
Çaşıb yaşlaşan* kimi...
(*yaşlanmaq)