“ABŞ yaxın vaxtda İranı mütləq vuracaq”
“Münəccimlik eləmirəm, mənə elə gəlir ki, ABŞ yaxın vaxtda İranı mütləq vuracaq. Hələlik yolda olan güc gəmilərinin gəlib çatmasını gözləməklə və ərazidə həssaslıq təşkil edən nöqtələrin bir daha dəqiqləşdirilməsilə məşğuldur. ABŞ-nin guya İran rəhbərliyi ilə islahatlara razılaşdığı, guya İranın edamları dayandırdığına inanması, guya Şahın oğlu variantından vaz keçməsi inandırıcı görünmür. İran televiziya kanallarının peyk yayımını ələ keçirən ABŞ kəşfiyyatı heç kimin yox, məhz şahın oğlunun bəyanatını yaymaqda davam edir”.
Adalet.az xəbər verir ki, bunu yazıçı Səfər Alışarlı deyib.
Onun sözlərinə görə, ABŞ-nin belə mühüm geopolitik məsələdə yüz ölçülüb bir biçilmiş strateji planı dəyişməsi və ya təkbaşına dəyişə bilməsi ağlabatan görünmür:
“Çünki o, təkcə ABŞ-nin planı deyil. Daha kimlərin planıdır, onu hamı bilir. İran sallaqxana qapısına bağlanmış qurbanlıq kimi hələ də ümid edir, özünü inandırmağa çalışır ki, bəlkə daşı ətəklərindən töküb kəsmədilər. Ancaq düşmən qəvi, tale zəbundur. ABŞ və İsrailin, eləcə də ingilisin Yaxın Şərq doktrinası hamıya bəllidir. Bu aydın planın qarşısında İranın bu dəfə raketə raketlə cavab verməyi, zənnimcə, çətin olacaq. Olsa belə, bu taktika ona fayda gətirməyəcək. Onlar çox güman ki, bunu nəzərə alıblar. Sual oluna bilər: bəs İran indiyədək nə etməli idi və indi nə edə bilər ki, ölkəsi hər cəhətdən viran olub, külli halda plan sahiblərinin müstəmləkəsinə çevrilməsin?”.
S.Alışarlının fikrincə, plan sahibləri İranı parçalamaq və oradan yeni bir türk, kürd, ərəb dövləti çıxarmaq fikrində deyillər:
“Bu sahədə onların yetərli təcrübəsi var. Bu, son an - İranı bütöv götürməyin mümkün olmayacağı - variantda ortaya çıxa bilər. Onlar İran kimi təbii resurslarla zəngin bir dövləti bütöv, bir əyalətini, bir kəndini belə itirmədən, 90 milyonluq əhalisi ilə müasir müstəmləkəyə çevirməyi düşünürlər. Şahın oğlunu da buna görə irəli itələyiblər. Yüz il əvvəl eyni planla Türkiyənin üstünə gəlmişdilər, qəhrəman türk xalqı Allahın köməyilə onlara layiq olduqları cavabı verdi. İndi məsələ o zamankından xeyli qəlizdir: avanqarda ABŞ-ni basıblar, silahlar dəhşətli dərəcədə dağıdıcıdır, insanlar yüz il əvvəlkinə oxşamır, İran da Türkiyə deyil”.
Yazıçının sözlərinə görə, İranın qonşuları, xüsusən türklərlə ənənəvi düşmənçiliyi onun sonunu gətirmiş əsas amildir:
“İran bu fars düşmənçiliyini 1925-ci ildən bugünkü Zəngəzur dəhlizinə qədər bütün dünyanın gözü qarşısında açıq-aşkar körükləyə-körükləyə gətirib. İran hakim rejimi türk dünyasının ən həssas yeri olan Azərbaycana 35 illik dövlət müstəqilliyi dönəmində əlindən gələn bütün zərbələri vurub. İndi Azərbaycan İranın müdafiəsinə qalxarmı? Qalxmaz. Əgər qalxsaydı, İran bugünkü dəhşətli duruma birmənalı şəkildə düşməzdi. Bu düşmənçiliyə rəğmən, Azərbaycan, xüsusilə Türkiyə İrana xarici müdaxiləni qəti şəkildə pisləyir və müttəfiqləri hərbi variantdan çəkindirməyə çalışır. İranın süqutunu zəruri edən ikinci məsələ onun daxili dövlət quruluşunun klerikallığı, cəmiyyətin mənəvi aşınması və iqtisadiyyatın korrupsiyalaşmasıdır. İranın vəziyyəti çox ağırdır. Bu ağır vəziyyətdən İranın çıxmaq imkanı son dərəcə məhduddur”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
20 Yanvar 2026 13:32
Bayramov və Fidan regional məsələləri müzakirə etdi
20 Yanvar 2026 13:08
Bu il Azərbaycanla münasibətlər necə olacaq? - Ermənistan kəşfiyyatı açıqladı
20 Yanvar 2026 12:51
“Suriyada SDQ amilinin ortadan qaldırılması PKK-nın da...”
20 Yanvar 2026 11:55
Məzahir Pənahov MSK-dan gedəcək? - Özündən açıqlama
20 Yanvar 2026 11:47
“20 Yanvar faciəsindən sonra müstəqillik ideyası ümummilli məqsədə çevrildi”
20 Yanvar 2026 11:00
İsrail səfirliyindən 20 Yanvar PAYLAŞIMI
20 Yanvar 2026 10:52
Nazirdən İranda qalan Azərbaycan vətəndaşları ilə bağlı AÇIQLAMA
20 Yanvar 2026 09:53


Bakı -°C

