adalet.az header logo
  • Bakı -°C
22 Iyul 2026 13:15
59
GÜNDƏM
A- A+

“Bu şəxslərə qətiyyən inanmayın və güvənməyin...”

“Mən deyəndə ki, xaricdə təhsil şirkətlərinə və xüsusilə də manıs tayfası ilə reklam edən, nəbilim bir-iki nəfər deputatı öz əməllərinə alət edərək onlar üzərindən reklam aparanlara inanmayın, insanlarımız başa düşmür və ya başa düşmək istəmir. Yağışdan sonra çıxan göbələk kimi hər il ölkədə fevral-mart aylarından sentyabr ayınadək belə xaricdə təhsil şirkətləri, şəxslər üzə çıxır, bir müddət sonra isə izləri-soraqları yoxa çıxır”.

Adalet.az xəbər verir ki, bunu təhsil üzrə ekspert Elçin Əfəndiyev deyib. 

O, bildirib ki, xaricdə təhsil istiqaməti ilə bağlı hər gün sosşəbdə, xüsusilə də Tiktokda manıslarla və “məşhur” şəxslərlə reklam aparan şirkət və şəxslərə qətiyyən inanmayın və güvənməyin:

“Buyurun aşağıdakı məlumatla tanış olun. Bu da bir ara hArvad, Harvd, əstəğfürullah Harvard məzunu kimi özünü təqdim edən şəxs və şirkət barədə yayılan informasiya. Bir qrup vətəndaş “Aid-Group” xaricdə təhsil şirkəti və onun rəhbəri Nigar Fərhaddan şikayətçidir.“Qafqazinfo” xəbər verir ki, şikayətçilərdən Aliyə Əfəndiyevanın sözlərinə görə, sosial şəbəkələrdə şirkətin reklamlarını görüb, müraciət edib. O bildirib ki, üç övladının Kanadada təhsil alması üçün mart ayında Nigar Fərhadla müqavilə bağlayıb.“17 min manat ödəyib müqavilə bağlamışdım. İndi isə nə özü, nə də əməkdaşları cavab verirlər. Əlimdə sənədlərimlə qalmışam”. Ramin Bedimirzadə də ABŞ-də təhsil almaq üçün müqavilə əsasında 4350 manat ödədiyini deyir. Şikayətçinin sözlərinə görə, nə təhsil prosesi başlayıb, nə də ödədiyi məbləği geri ala bilib.“Dedik ki, pulu yarı-yarı verək. Dedilər alınmır, hamsını verməlisiniz. Pulu verdik, indi də yoxdular”, - deyə o əlavə edib. Şikayətçilər deyirlər ki, onların sayı bununla məhdudlaşmır. İddialara görə, zərərçəkənlərin sayı çoxdur və dəymiş zərərin məbləği də kifayət qədər böyükdür. Onlar başlarına gələnlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər”.

Vasif ƏLİHÜSEYN