Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə yeni səlahiyyət verilir
Universal poçt rabitəsi xidmətlərinin tarifləri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təsdiq ediləcək.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Poçt haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
“Rəqəmsal inkişaf və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının tənzimlənməsinin təkmilləşdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2023-cü il tarixli fərmanına əsasən rəqəmsal inkişaf (o cümlədən poçt) və nəqliyyat sahəsində tariflərin və xidmət haqlarının Azərbaycan Respublikasının İqtisadiyyat və Maliyyə nazirliklərinin rəyi nəzərə alınmaqla, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təsdiq edilməsi təsbit edilib.
Təklif edilən qanun layihəsi həmin fərmana uyğun olaraq universal poçt rabitəsi xidmətlərinin tariflərinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təsdiq edilməsi məqsədilə hazırlanıb.
Digər Xəbərlər
27 Sentyabr 2026 11:36
ChatGPT-nin yeni funksiyası iş həyatını kökündən dəyişdirəcək
26 Sentyabr 2026 10:10
Süni intellektlə bank rəhbərinin səsini təqlid edib - 95 milyon oğurladılar
24 Sentyabr 2026 15:49
Bakcell-də hədiyyə mövsümü başladı
24 Sentyabr 2026 09:34
Süni intellekt nəzarətdən çıxmasın deyə - 20 il həbs təklif edirlər
17 Sentyabr 2026 07:59
“ChatGPT”yə oğlunu öldürmək istədiyini yazdı - Həbs edildi
15 Sentyabr 2026 10:55
“Bakcell”dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
15 Sentyabr 2026 10:21
Süni intellekt həqiqətən bu qədər təhlükəli gücə çatıb?
14 Sentyabr 2026 09:17


Bakı -°C

