Rəşid Mahmudov: “Əgər ailəmdə bir dənə zəif şey olsa, qüsur tapılsa...”
“Təbrikiniz üçün çox sağ olun, təşəkkür edirəm. Doğum günümü ailəmlə birlikdə keçirəcəm”
Bunu Adalet.az-a açıqlamasında bu gün səksən beş yaşı tamam olan tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov deyib. R.Mahmudov əlli ildir ki, xanımıyla birlikdə bu ömür yolunda bərabər addımladıqlarını bildirib:
“Həyat yoldaşım haqqımda nə deyibsə, düz deyir. Qadın doğrudan da dözümlü olmalıdır. Ailənin təmiz olması dövlətin də təmiz olması deməkdir. Hansı dövlət güclüdürsə, orda ailə də güclü olur. Həyatda gördüyünüz insanların 70-80 faizi tam normal fizoloji adamlar deyil. Bu da hərəkətləriylə, tutduğu əməliylə insanlarda qıcıq yaradır. Mən normal inkişaf etmişəm deyə necə yaşamaq lazım olduğunu bilirəm.
Əgər mənim ailəmdə bir dənə zəif şey olsa, qüsur tapılsa bu mənim bir ailə başçısı kimi zəifliyimin əlaməti olar. Bəziləri məndə qüsur tapa bilmirlər. Buna çox çalışırlar. Hətta haqqımda sifarişli yazılar da yazdırırlar. Ailə düzgün olmalıdır. Mənim bir amalım olub. İndiyə qədər nə rüşvət almışam, nə də rüşvət vermişəm. Düzdü, insanları incitmişəm, sözümü demişəm, səhvi qəbul etməmişəm. Biz hələ də normal cəmiyyət qura bilməmişik.
Bizim xarici siyasətimiz çox güclüdür. Cənab Prezident özü beynəlxalq əlaqələr fakültəsini bitirib və qanunları çox yaxşı bilir. Ona görə müharibədə də qələbə qazandı. Bir nəfər mülki adama güllə atmadıq. Amma ermənilər Gəncəni, Bərdəni vurdular, insanlarımız həlak oldu. İndi də Fələstində körpələri qırırlar. Onların nə günahı var axı.
Torpağı sərvətiylə tanıyarlar, bizim torpağın altı da, üstü də qızıldı. On bir iqlim qurşağının 9-u bizdə var. Hər cür imkanlarımız var. Bizim bir problemimiz var ki, o da daxildə olan siyasətimizin zəif olmasıdır. İnsanlarımızı düz yola yönləndirmək lazımdır. Başımıza nə bəla gəlibsə, savadsızlığımızın ucbatından gəlib. Savadsızlıq baş alıb gedir, insanlarımız düz yolda deyillər. Kifayət qədər problemlərimiz var. Bu məsələləri həll etmək lazımdır. Əgər həll olunmasa, onda insanlarımız da, dövlətimiz də zəifləyəcək. Arzu edirəm ki, 2024-cü il xalqımıza düşərli olsun. Ölkəmizdə həmişə sülh, əmin-amanlıq olsun. Milləti onun mədəniyyətiylə tanıyırlar”.
Vasif Əlihüseyn
Digər Xəbərlər
08 Noyabr 2025 09:15
“Son beş ilin tarixi Zəfər tarixidir” - VİDEO
08 Noyabr 2025 09:00
Mehriban Əliyevadan Zəfər Günü PAYLAŞIMI
08 Noyabr 2025 00:00
Azərbaycanda 4 günlük BAYRAM TƏTİLİ BAŞLADI
08 Noyabr 2025 00:00
Azərbaycan Zəfər Gününü qeyd edir
07 Noyabr 2025 18:47
ETİHİ Respublika Komitəsinin növbəti regional görüşü Sabirabadda keçirilib
07 Noyabr 2025 17:41
“Pəncəlinin bu adı almasına Nəcməddin Sadıqov mane olurdu” - Şəhidin əmisi
07 Noyabr 2025 17:18
Metroda tullantı qutuları niyə yoxdur? - RƏSMİ AÇIQLAMA
07 Noyabr 2025 16:12


Bakı -°C

