adalet.az header logo
  • Bakı -°C

RUHİ BAĞDADİ SORAĞINDA

VAQİF YUSİFLİ
27941 | 2019-04-12 17:42
A- A+

Ədəbiyyatşünas Şöhrət Səlimbəylinin «XVI əsr Azərbaycan ədəbiyyatının Bağdad ədəbi mühiti: Ruhi Bağdadinin həyat və yaradıcılığı»


Kitabı haqqında


Ədəbiyyat tariximizdə elə şəxsiyyətlər var ki, onların yaradıcılığı haqqında demək olar heç bir bilgiyə rast gəlmirik, yaxud, tədqiqatçılar bir neçə kəlmə ilə həmin sənətkardan söz açırlar. Halbuki, onların da unudulmamağa haqları çatır. Təbii ki, burada söhbət ədəbi mühitdə «kölgə» rolunu oynayan yazarlardan getmir, həmin mühitdə sayılan, seçilən yaradıcılığı ilə ədəbi prosesə təsir göstərən söz adamlarından gedir. Belə şəxsiyyətlərdən biri XVI əsr Azərbaycan şairi, Bağdadda yaşasa da, öz doğma dilində-azərbaycanca şeirlər yazan «Divan» bağlayan Ruhi Bağdadildir. Təəssüf ki, orta əsr təzkirələrində adı tez-tez çəkilən, xüsusilə, Türkiyədə İraqda çap olunan ədəbiyyatşünaslıq mənbələrində xatırlanan, hətta Avropa müəlliflərindən Hammer Cibbin əsərlərində haqqında söz açılan Ruhi Bağdadi bizim ədəbiyyatşünasların diqqətini az cəlb etmişdir. 2001-ci ildə filologiya elmləri doktoru Azadə Musayevanın əlyazma qaynaqları əsasında hazırladığı Ruhi Bağdadi «Divan»ı (I cild) «Örnək» nəşriyyatında çap edilmişdir. Həmin kitabda «Füzulidən sonra Bağdadın yetirdiyi ən böyük türk şairi..» müqəddiməsi ilə tanış oluruq. Amma buna qədər Firidun bəy Köçərlinin «Azərbaycan ədəbiyyatı» tədqiqatında , üçcildlik sonra yeddicildlik «Azərbaycan ədəbiyyatı tarixi» kitablarında, Əlyar Səfərlinin Xəlil Yusiflinin «Azərbaycan ədəbiyyatı tarixi» (XIX əsrə qələr) dərsliklərində Ruhi Bağdadi haqqında məlumata rast gəlmədik. Ancaq sevinməyə dəyər ki, ədəbiyyatşünas Şöhrət Səlimbəylinin «XVI əsr Azərbaycan ədəbiyyatının Bağdad ədəbi mühiti: Ruhi Bağdadinin həyat yaradıcılığı» kitabı (elmi redaktoru filologiya elmləri doktoru Paşa Kərimov) işıq üzü gördü həmin boşluq aradan qaldırıldı.Bu kitabın ənənəvi qayda üzrə ayrı-ayrı fəsillərinin məzmununu nəql etmək fikrində deyilik, ancaq kitabda XVI əsr Bağdad ədəbi mühiti, Ruhi Bağdadinin həyat yaradıcılığı ilə bəzi məsələlərin necə işıqlandırılmasına diqqət yetirəcəyik.

Birincisi ondan başlayaq ki XVI əsr Bağdad mühitində nələr baş verirdi və Azərbaycandan çox-çox kənarda türk-Azərbaycan ədəbi mühiti necə formalaşmışdı?

Ədəbiyyatşünas Şöhrət Səlimbəyli o dövrün ictimai-siyasi vəziyyətinə xüsusi diqqət yetirir, yazır ki: «Siyasi mübarizələrə, müharibələrə baxmayaraq İstanbul, Herat, Bağdad, Təbriz başda olmaqla İran və Orta Asiyadakı mərkəzlərlə mədəni əlaqələr davam etmişdir. Təbriz, Bağdad Osmanlı mədəniyyət mərkəzlərində XVI əsr boyunca ustad şairlər yetişmişdir. Şairlərin sayının sürətli artımına

TƏQVİM / ARXİV