Sabah 35 dərəcə isti olacaq - PROQNOZ
Bakıda və Abşeron yarımadasında iyunun 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən məlumata görə, gündüz yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 20-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65 %, gündüz 45-50 % olacaq.
Azərbaycanın rayonlarında əksər rayonlarda hava şəraiti əsasən yağmursuz olacaq. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə zəif duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 17-22° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 15-20° isti olacaq.
Digər Xəbərlər
26 Iyun 2026 23:23
İsmayıllıda asma körpüdən istifadəyə görə kimlər ödəniş tələb edir? - VİDEO
25 Iyun 2026 14:21
Şükürbəyli sakinlərinə açarlar verildi
25 Iyun 2026 10:23
1998-ci il qanunu ləğv olunur: Balıqçılıq sahəsində yeni qaydalar
25 Iyun 2026 09:36
Bu gün Aşuradır
24 Iyun 2026 17:02
Bakı -Tiblisi qatarı...
24 Iyun 2026 11:35
“Zeytun Bağları”nın ətraf mühitin qorunmasına töhfəsi - FOTOLAR
24 Iyun 2026 11:28
Leyla Əliyevanın təşəbbüsü ilə Xəzər sahili neft tullantılarından təmizlənir - FOTOLAR
23 Iyun 2026 13:28


Bakı -°C

