Sabah Əli Əsədov və nazirlər Milli Məclisə gəlir - Büdcə müzakirə olunacaq
Sabah Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçiriləcək.
Adalet.az xəbər verir ki, Baş naziri Əli Əsədovun və hökumət üzvlərinin iştirak edəcəyi iclasda 2026-cı ilin büdcə zərfi müzakirə olunacaq.
Toplantıda parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, maliyyə naziri Sahil Babayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov və Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edəcək.
Daha sonra "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsi ətrafında müzakirələr aparılacaq.
Qeyd edək ki, iclas 3 gün (19, 20, 21 noyabr) davam edəcək.
Digər Xəbərlər
08 Dekabr 2025 11:53
Əraqçi Bakıda şəhidlərin xatirəsini andı
08 Dekabr 2025 11:51
Prezidentdən Tofiq Bakıxanovla bağlı SƏRƏNCAM
08 Dekabr 2025 11:35
Dilimizin ən gözəl təqdimatçısı Ulu Öndər olub - Rafael Hüseynov
08 Dekabr 2025 11:32
İlham Əliyev Abbas Əraqçini qəbul etdi -FOTOLAR
08 Dekabr 2025 11:26
"Azərbaycan dilinin inkişaf məsələsi dövlət düşüncəmizin mərkəzində dayanır" - Spiker
08 Dekabr 2025 11:24
Azərbaycan dilinin mövcud vəziyyəti və perspektivlərinə həsr olunan konfrans keçirilir - YENİLƏNİB
07 Dekabr 2025 19:38
Əraqçi Azərbaycana gəldi - YENİLƏNİB
07 Dekabr 2025 15:33


Bakı -°C

