Şagirdlərlə birgə “oğru aləmi”nə aid mahnı oxuyan direktor işdən çıxarıldı
Ümumi təhsil müəssisələrinə “Son Zəng” tədbirlərinin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimat öncədən göndərilib.
Bu barədə Adalet.az-a Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən bildirilib.
Qeyd edilib ki, bəzi hallarda təlimatın tələblərinin pozulduğu hallar da müşahidə olunub.
Həmin hallarla bağlı araşdırma aparılıb.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən Samux rayon İnstitut qəsəbə tam orta məktəbin direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib.
Xatırladaq ki, "Son zəng" tədbirində Samux rayon İnstitut qəsəbə tam orta məktəbinin direktoru Gülsəba Abbasova şagirdlərlə birlikdə "oğru aləmi"nə aid mahnı səsləndirib. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılmışdı.
Digər Xəbərlər
16 Oktyabr 2026 17:24
Azərbaycan Universitetində Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib
16 Oktyabr 2026 11:57
Xaricdə təhsil alanların DİQQƏTİNƏ!
15 Oktyabr 2026 16:51
LDU-da strateji hədəflər müzakirə olunub
15 Oktyabr 2026 10:49
Azərbaycan Universitetinin 16 tələbəsi PTE sertifikatını əldə edib
15 Oktyabr 2026 10:28
Məktəblərdə vahid geyim qaydaları ilə bağlı bəyanat
15 Oktyabr 2026 00:27
Təmkini ilə diqqət çəkən direktor bu məktəbə rəhbərlik edir - VİDEO
14 Oktyabr 2026 21:55
Türkiyə və Azərbaycanın ortaq dil və ədəbiyyat irsi Bakıda bir araya gəldi - FOTO
14 Oktyabr 2026 14:00


Bakı -°C

