Şeyx Əbdül: “Mən kimi istəsəm, birliyə o da sədr seçiləcək...”
“Mənim birmənalı şəkildə mövqeyim budur ki, mütləq birliyin sədri cavan, çalışqan, kinorejissor olacaq. Mən olmayacam və heç elə fikrim də yoxdur. Amma mən kimi istəsəm, o, olacaq”
Bunu Adalet.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib. Şeyx Əbdül keçmiş sədrlərin Azərbaycan Kinematoqrafçılar Birliyinə yenidən sədr seçilməsinin əleyhinə olduğunu bildirib:
“Seçilən adam kino xadimi olacaq və bizim artıq demək olar ki, namizədimiz də var. Qurultayda məsələ həll olunacaq. Hər şeyi qurultay həll edir, şəxsi münasibətlər deyil. Biz istədiyim adam təşkilatı işləri, kinonun içini bilməlidir və kinoya xidmət etməlidir. Həm də ki, kino xadimlərini tanımalıdır və bilavasitə onların aqibətin yaşamalıdır. Çünki Azərbaycan Kinematoqrafçılar Birliyi ictimai təşkilatdır və mənəvi işlərlə bağlıdır. Kino xadimlərinin hər bir problemi birliyin hesabına həll edilməlidir. Ona görə də bura şəxsi mülkiyyət deyil. İndi deyəndə xətlərinə dəyir, əvvəlki sədrlər bura xüsusi mülkiyyət kimi baxırdı. Elə bilirdilər ki, bura dədələrinin mülkidir və burda oturub nə istəsələr onu da edəcəklər. Hansı ki, bunlar kinodan uzaq adamlar idi”-deyə Şeyx Əbdül bildirib.
Qeyd edək ki, bir sıra media orqanlarında Xalq artistləri Rasim Balayev və Şəfiqə Məmmədovanın yenidən namizədliklərini irəli sürmək fikrində olduqları bildirilib. Məsələylə bağlı Xalq artisti Taryel Qasımov da mətbuata açıqlama verib və adı çəkilən şəxslərin Azərbaycan Kinomatoqrafçılar Birliyinə sədr seçilmələrinin əleyhinə olduğunu bildirib. T.Qasımov buna hər iki şəxsin yaş meyarını əsas gətirib.
Vasif Əlihüseyn
Digər Xəbərlər
16 Mart 2026 16:25
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
10 Mart 2026 14:53
Leyla Əliyeva "Qız Qalası" qalereyasında - VİDEO
10 Mart 2026 12:30
Əməkdar artist: ““Kor” rejissorlara rast gəlməmişəm”
10 Mart 2026 11:58
Özündən əvvəl səsi tanınan adam - Əntiqə Kərimzadə yazır…
10 Mart 2026 10:38
118 Yaşlı Füzuli Teatrı - Mirqiyas Seyidsoylu yazır
02 Mart 2026 09:57
Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” tamaşasının nümayişində - FOTOLAR
27 Fevral 2026 12:14
“Addım-addım vətəndə” layihəsi Gəncədə
26 Fevral 2026 09:10


Bakı -°C

