10 Oktyabr 2024 16:58
663
MARAQLI

“Simpsonlar” Saxara səhrasının selə qərq olacağını da bilirmiş - VİDEO

Artıq hamıya məlumdur ki, ABŞ –ın istehsal etdiyi məşhur “Simpsonlar” çizgi filmi dünyada baş verəcək hadisələrin anonsunu verir. Buna aid minlərlə fakt var.

Adalet.az xəbər verir ki, Böyük Saxara səhrasını su basacağı ağıllara gəlmədiyi dönəmlərdə - hələ 5 il əvvəl “Simpsonlar” çizgi filmində bu haqda kiçik bir kadr gedib. Həmin vaxt serialın tamaşaçısı olanlar bu kadra diqqət etirməsə də, ciddi baxmasa da indi artıq heyrət içindədirlər.
Həmin kadrı sizə təqdim edirik.

Faktlar göstərir ki,  bu cizgi filmindəki adi və xırda detal gələcəkdə baş verəcək əhəmiyyətli bir hadisənin işarəsidir. 2023-cü ildə "Oceangate" şirkəti "Sualtı qayıqdakı insanların həyatını itirdiyini düşünürük" açıqlamasından sonra ABŞ Sahil Mühafizəsi 5 nəfərin həyatını itirdiyi məlumatını paylaşıb. "Simpsonlar"ın 2006-cı ildə yayımlanan bölümündə sualtı qayıqla batmış gəmini ziyarət etdikləri paylaşılmışdı.

Diqqətləri çəkən başqa bir səhnə isə Simpsonlar ailəsinin 27 il əvvəl son illərdə meydana gələn koronavirusun Çinin Vuhan yerinə Yaponiyadan yayılan bir virus olduğunu qeyd edərək, koronavirusu proqnozlaşdırmalarıdır.

Livanın paytaxtı Beyrutda baş verən partlayışdan sonra sosial mediada “Simpsonlar” serialının köhnə bir bölümü haqqında danışılıb.

1993-cü ildə yayımlanan serialın bir hissəsində Yaponiyadan yayılan Osaka qripi adlı virusdan bəhs edilir.

 Bundan əvvəl isə Ehtimal olunur ki, 1997-ci ildə yayımlanan cizgi filminin bir hissəsində Lizanın əlindəki jurnalın üz qabığında 9 -11 yazılıb. Bundan əlavə, 11-in əkiz qüllələrdən ibarət olması 11 sentyabr hücumları ilə bağlı sui-qəsd nəzəriyyələrini gücləndirir.

 Nəhayət, ssenaristlərdən olan Al Jean serialın 2015-ci ildə 2024-cü ildə keçiriləcək seçkilərdə Trampın namizədliyini proqnozlaşdırdığını açıqlayıb. Trampın təşkil etdiyi tədbirdən sonra məşhur “The Simpsons” cizgi filminin prodüseri və yazıçısı Al Jean sosial şəbəkədə diqqətçəkən bir detal paylaşıb. Jeanın paylaşdığı görüntüdə serialın əsas personajlarından olan Homer Simpson uçarkən görünür və arxa fonda lövhədə "Trump 2024" yazılıb.  Hazırda Tramp prezident seçkilərində mübariyə qoşulub.

 

Əntiqə Rəşid