adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
29 Dekabr 2023 09:00
9942
LAYİHƏ

SÖZÜN  İŞIĞINDA…

Biz dəfələrlə bu mövzuda yazılar qələm almışıq. Yazmışıq ki, sözdən qüdrətli, güclü və qüvvətli heç bir şey yoxdur. Əgər buna şübhə eləyənlər varsa, sadəcə olaraq dönüb keçmişə, tarixə baxsıınlar, görsünlər ki, söz qürətlidir, yoxsa hansısa bir dünyanı dağdan və altını üstünə çevirən nüvə silahı? Əlbəttə, dərindən düşünəndə o dəqiqə arif insan biləcək ki, bütün dünyanı silahla yox, yalnız sözlə fəth eləmək mümkündür. 

Heç şübhəsiz, hər hansı bir ölkədə hüquqi və dünyəvi dövlət qurulanda onun ilk atributları demokratiya, söz, mətbuat azadlığı, fikir pülrealizmidir. Bura düşüncə azadlığını da əlavə etsək, təbii ki, cəmiyyətin daha sağlam və daha yetkin olmağına kiminsə inamsızlığı qalmır. Bir çoxları elə təsəvvür edir ki, demokratiya dedikdə, hər şey nərzarətdən çıxmalıdır. Yəni, başqa sözlə demiş olsaq, demokratiya və fikir azadlığı o demək deyil ki, kimsə qanunları pozmalı, dövlətə və dövlətçiliyə zərbə vurmalı, bir sözlə, öz bildiyi kimi addım atmalıdır. Çox təəssüf ki, bizim cəmiyyətdə uzun müddət demokratiya və söz azadlığı olmadığına görə, bir çoxları bunu özbaşınalıq və anarxiya kimi anlayıblar. Amma demokratiya və söz azadlığı odur ki, orada qanunların aliliyi qorunur, cəmiyyət birmənalı olaraq, qanundan kənara çııxmır və özünü daha rahat və daha azad hiss edir. 

Bir vaxtlar SSRİ dönəmində deyirdilər ki, Sovet rejimi də demokratik bir quruluşdur. Təbii ki, bu sözdə belə idi. Amma əsl həqiqətə gələndə, o dövrdə demokratiyadan, fikir azadlığından söhbət belə gedə bilməzdi. Hər hansı mətbuat dövləti, höküməti və yüksək vəzifəli bir məsul şəxsi icazəsiz tənqid etsəydi, təbii ki, onları çox böyük cəza gözləyə bilərdi. Ən azından ona görə ki, mətbuata, söz və fikir düşüncəsinə Mərkəzi Komitədə çox ciddi nəzarət var idi. Hətta həmin dövrdə çoxtirajlı qəzetlərə belə, nəzarət edilirdi. Belə ki, «qlavlitin» möhürü olmadan həmin qəzetlər heç vaxt çap edilməzdi. Çünki sistem belə qurulmuşdu və hər bir mətbuat orqanına nəzarət olunurdu. 
Ancaq Azərbaycan müstəqililk dövrünə qədəm qoyduqdan sonra demək olar ki, 1990-cı illərdən başlayaraq, ölkəmizdə söz, mətbuat, fikir və düşüncə azadlığına münbit şərait yaradıldı. Başqa sözlə demiş olsaq, insanlar 70 ildə çəkdikləri sıxıntının və gərginliyin zaman-zaman geridə qaldığını gördülər. Onlar gördülər ki, ölkəmizdə çox şəffaf bir abı-hava, mühit yaradılıb. Bu mühitdə isə hər bir müstəqil dövlətin vətəndaşı azad, sərbəst və rahat yaşayır.  

Müstəqil dövlətdə onlar söz, mətbuat və fikir azadlığına nail olublar. Bu isə o deməkdir ki, hər bir insan öz düşündüyünü heç nədən çəkinmədən, sərbəst şəkildə mətbuatda, yığıncaqda və digər kütləvi informasiya vasitələrində istifadə edə bilər. Bir zamanlar bir çox çətinliklər və bir çox problemlər yaşansa da, artıq illər keçdikcə cəmiyyət bu demokratik azadlığa alışdı. Ulu Öndər Heydər Əliyevin hakimiyyət gəlməsindən sonra demək olar ki, ölkəmizdə bu sahədə çox böyük demokratik şərait yaradıldı. Ulu Öndər özü istər iqtidar, istərsə müxalifət qəzetlərinin əməkdaşlarını qəbul etdi, onlarla fikir mübadiləsi apardıı, demokratik mətbuatın inkişafı yolunda öz məsləhət və tövsiyələrini verdi. Tək Ulu Öndər Heydər Əliyev məsləhət verməklə öz işini bitmiş hesab etmədi, həm də dünya şöhrətli siyasətçi Azərbaycan mətbuatına maddi və mənəvi dəstək verdi. Eyni zamanda, uzun illər «Azərbaycan» Nəşriyyatına çap üçün borcu olan çoxlu sayda qəzetlərin borcları ləğv edildi. Bu isə o deməkdir ki, can verməkdə olan mətbuatımıza Prezident Heydər Əliyev tərəfindən yeni bir nəfəs verildi. Əgər bu nəfəs vaxtnda verilməsəydi, indi dövlət tərəfindən maddi dəstək görən çap mətbuatının hamısı nəşrini dayandırmışdı. 

Yazıçı-publisist, Prezident təqaüdçüsü, 50 ilə yaxın pedaqoji sahədə çalışmış Səməndər Məmmədli deyir ki, mən bir oxucu olaraq, həmişə Azərbaycan mətbuatını izləmişəm, xüsusən də ictimai rəyə təsir edən, dövlətə və dövlətçiliyə xidmət göstərən qəzetlərimizi hər vaxt alıb oxumuşam. Görmüşəm ki, nə qədər sosial şəbəkə olsa, sayıtlar fəaliyyət göstərsə və televiziyalar həyatımıza təsir etsə də, onların heç biri qəzetin yerini verə bilmir. Bu gün televiziyalara baxanda adam iyrənir. Sosial şəbəkələr və sayıtlar da bir o qədər ürəkaçan deyil. Amma yenə gözüm qəzeti axtarır. Bəzən istədiyim qəzeti  yaşadığımız Yeni Günəşli sahəsindən tapa bilmirəm. Nə qədər çətin olsa da, gedib onu metronun «Xalqlar dostluğu» stansiaysının yanındakı köşklərdən alıram. Bilirsiniz niyə? Çünki qəzetlərdə yazılan çox şeylər dəqiqləşdirilir və ondan sonra qələmə alınır. Ancaq təəssüf ki, televiziya və sayıtlarda bəzi hallarda demokratiyadan istifadə olunaraq, dezinformasiya yayılır. Bu isə oxucunu aldadır. Ümumiyyətlə, mən bir ziyalı olaraq deyirəm ki, bir çoxları demokratiyadan, fikir azadlığından və düşüncə sərbəstliyindən sui istifadə edir. Bu yaxınlarda bir neçə jurnalistin həbs edilməsi onu göstərir ki, xaricdən maliyyələşdirilən həmin adamlar dövlətin və xalqın əleyhinə işləyir. Bayaq ediyim kimi, demokratiya və söz azadlığı o demək deyil ki, bundan bir çox halda Vətən xəyanət kimi də kimlərsə istifadə etməlidir. 

Bu gün Azərbaycanda mətbuat və söz azadlığına Prezident İlham Əliyev tərəfindən çox böyük qayğı və diqqət göstərilir. Onunla yanaşı, hər bir mətbuat orqanının demokratik və azad şəkildə fəaliyyət göstərməsi üçün çox münbit bir şərait vardır. Əlbəttə, belə bir şəraitdə nəinki mətbuat işçiləri, eləcə də hər bir Azərbaycan vətəndaşı özünü daha rahat və daha sakit hiss edir və cəmiyyətə öz xidmətini göstərir. Onu da qey edək ki, bu gün ölkəmizə xarici dövlətlərdən çoxlu sayda rəsmi şəxslər və qeyri-hökümət təşkilatlarının nümayəndələri gəlirlər. Onlar əlbəttə, ilk növbədə cəmiyyətimizdə gedən demokratik proseslər, söz və mətbuat azadlığı ilə maraqlanırlar. Əlbəttə, bu gün ölkəmizdə yaranmış sağlam mühiti əcnəbilər də yüksək dəyərləndirir və bu proseslərə müsbət qiymət verirlər. Gərək biz də bir vətəndaş olaraq demokratiyadan, söz və mətbuat azadlığından və fikir plürealizmindən sui  istifadə etməyək. Nə ediriksə, qanun daxilində addım ataq və bunun da müsbət nəticəsini görək!                                          

Faiq QİSMƏTOĞLU

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.