“Space”-in ölü doğulan “Xatirər”i - Emin Piri yazır

Emin Piri
795 | 2022-07-04 11:06

Hərdən bir kimsə “vətənsevərlik” edərək hay-küy salır ki, bəs, böyük zəfərimizə sanballı ədəbiyyat əsərləri həsr edilməyib. Bəs, biz əlimizdən gələni edirik ki, bu xatirələr saədcə hansısa vərəqdə arxivlənməsin, üzə çıxsın, ədəbi əsərə çevrilsin və.s.i.

HƏ, Space tv rəhbərliyinin də "ürəyi yanıb" "Vətən Müharibəsi xatirələri” adlı müsabiqə keçirmək istədi...

Keçirdi də...

Az qala bütün dövlət idarələri bu “oyun”una alət elədi. Hər gün reklam çarxları, Qarabağa hansısa adla səfərlər və.s..i

Adam özü də utanırdı ki, bəs, SPACE-dən az vətənpərvərik.

Utancdan ta yerə girirdik ki, Space qədər olmadıq. Gör e, bütün dövlət qurumlarını bu gözəl təşəbbüsə çəkirlər, pul ayırırlar, zəhmət çəkirlər.

Çox şükür, space hind filmlərinin hoqqabazlığından yan keçmədi.

Bütün meyarlar Vətən Müharibəsi iştirakçılarının üzərinə çəkilir, onlar üzərindən reklam qurulur, onların gerçək, orijinal qeydlərinə ehtiyac olduğu bildirilirdi.

Amma “Vətən müharibəsi xatirələri” ölü doğuldu.

Əvvəl dedilər, 15 iyunda Qurtuluş günündə qaliblər açıqlanacaq.

Nədənsə 15 iyunda müharibə xatirələr qurtulmağa yox, gizlədilməyə üstünlük verildi.

Bilmirəm, Space-nin özünü gözünü soxaraq 15 iyun Qurtuluş meyarı niyə iflası uğradı. Bəlkə, Qurtuluş adını, 15 iyunu özlərinə kölgə bildilər.

Məhz ayrıca biz varıq, bizik mesajını vermək istədilər.

Ya da ayrı səbəbdisə, səbəbi biz bilmirik. Ən azından xatirələri kimi qaranlıq qaldı.

Sonra dedilər beş qalib olacaq, amma üç qalib açıqlandı.

Yəni, iki min kiminsə cibində qaldı.

Deyə bilərlər ki, pul çatmadı.

Bəs, Vətən, zəfər adıyla bu qədər müharibə iştirakçıları ilə oynamağa nə gərək vardı?!

Özünü böyük görərək, üstün salaraq bu hoqqabazlığa nə ad verək?

Bacarmırsan, eləmə.

Hə, axırda da bütün orijinal, gerçək xatirə açıqlamalırına baxmayaraq axırda hansısa bələdiyyə sədri qalib oldu.

Məsələ mükafatı ona ver, bizə ver deyil. Məsələ o bələdiyyə sədri, ya digəri də də deyil. Məsələ nə mən, digəri də deyil.

Məsələ özünü yaxşı oğlan kimi göstərərək dövlət işçiləriylə qaziləri üz-üzə qoyub özü kənara çəkilmək, amma dövlət qanadında özünə yer etməkdir.

Amma müharibə adını, Qarabağ adını bu qədər mənimsəməyin adına nə deyək? Ağız dolusu efir reklamları, onlarla müharibə iştirakçılarını bu işə qataraq onlarla məzələnməyin adı nədir?

Deyərdiniz pafos və sırf ədəbi kontekstdə olacaq. O zaman müharibə ədəbiyyatı ilə sizə master klas keçərdilər. Siz isə orijinal, gerçək həyat istəmişdiniz. Onlar da bunu etmişdilər.

Eyni zamanda bəzilərinin göndərdikləri bu müharibə üçün əsl tarixi mənbədir. Pafossuz və gerçək tarix.

Amma sizə qazilərlə məzələnmək lazım idi. Qaliblərlə kimsənin işi yoxdur. Çünki birinin digər mətnlərinə bələdəm. İstedadlı gəncdir. Amma bunun sizin gördüyünüz kirli işə aidiyyatı yoxdur.

Amma yox, sizə şəhid adını, qazi adını mənimsəməklə həzz alaraq müharibənin səfasını sürmək lazımdır, axı.

Deməyim odur ki, pul qazanın, yeyin-dağıdın, heç olmasa müharibəni, insanların heysiyyatını bu qədər mənimsəməyin. Gül kimi hind filmləriylə başınızı qatın. Ya da müsabiqələrinizi qurumlar və icra hakimiyyətləri arasında keçirin. Pulu da belə bölüşün və bizləri bu işə qatmayın

TƏQVİM / ARXİV