Stoltenberqin əminliyi hardan qaynaqlanır? - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
219 | 2024-07-01 12:56

Yaponiyanın "Yomiuri Shimbun" qəzetinə müsahibə verən NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib ki, ABŞ alyansın ən güclü tərəfdaşıdır və prezident seçkilərinin nəticələrindən asılı olmayaraq, Ukraynaya dəstək göstərməyə davam edəcək.

 Baş katib xatırladıb ki, ABŞ-ın hər iki partiyasının siyasi dairələrində, Ukraynanı dəstəkləyən qüvvələr kifayət qədərdir. Onlar, hətta Donald Tramp prezident seçilsə belə, Ukrayna ilə bağlı fikirlərini dəyişməyəcəklər.

 "Kimin prezident seçilməsundən asılı olmayaraq, ABŞ NATO-nun ən güclü tərəfdaşı olaraq qalacaqdır"- deyə Stotenberq bəyan edib. 

 Tramp dəfələrlə bəyan edib ki, prezident seçilərsə, müharibəni dayandıracaq. Yəni, Co Baydendən fərqli olaraq, Ukraynanı ağır şərtlərlə danışıqlar masasına oturdacaq. Ərazilərinin demək olar ki, yarısı işğal olunan Ukrayna bu ağır şərtləri qəbul edəcəkmi? Əsas sual budur. Belə olan vəziyyətdə, NATO-nun "ən güclü tərəfdaşının" prezidenti Tramp Ukraynaya dəstıyini davam etdirəcəkmi? Etməyəcəksə, NATO əsas söz sahibinin əksinə olaraq, Ukraynaya silah-sursat yardımını davam etdirməyə maliyyə gücü çatacaqmı?

 Bidiyimiz qədər, Şimali Atlantika Alyansının əsas maliyyə dəstəyinin 70-80 faizini ABŞ qarşılayır. Alyansın silah-sursat ehtiyatlnı Birləşmiş Ştatlar təmin edir. Yəni, aydındır ki, alyansın "xozeyni" istəmədiyi təqdirdə kimsə-kiməsə bir sent belə yardlm edə bilməz...

 İkincisi də, Alyansın baş katibi artıq anlamalıdır ki, məhz "əsas güclü tərəfdaş" adlandırdığı ABŞ-ın bilavəsitə "səyləri" nəticəsində Ukrayna münaqişəsi geri dönüşü mümkün olmayan çıxılmaz vəziyyətə gəlib çıxıb...

 Hazırki vəziyyəti qiymətləndirsək görəririk ki, münaqişənin sona çatması üçün, ya Ukrayna işğal olunan ərazilərinin birdəfəlik itirilməsiylə razılaşmalıdır, yəni kapitulyasiya aktını imzalamalıdır, ya da Rusiya hərbi qüvvələrini, Krım da daxil olmaqla işğal etdiyi Xerson, Zaparojye, Donbass və Luqansk vilayətləri ərazilərindən çıxarmalıdır, bu da başı imperiyanın bərpası xəyalları ilə dumanlanan Putinin məğlubiyyəti kimi qiymətləndirilər ki, bunun da böyük ambisiyaslarla yaşayan Rusiya prezidentinin qəbul edəcəyi  mümkün görünmür...

 Yəni görünən odur ki, müharibə sonsuzluğa qədər uzana bilər...

 

TƏQVİM / ARXİV