adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
19 Yanvar 2024 09:00
8132
LAYİHƏ

SUMQAYIT: GÖZƏL ŞƏHƏR!

Azərbaycanda elə bir şəhər, elə bir rayon, elə bir qəsəbə və elə bir kənd yoxdur ki, orada son 20 ildə bir-birindən gözəl tikililər inşa edilməsin, abadlıq və quruculuq işləri həyata keçirilməsin. Təbii ki, bütün bunlar hamısı dövlətin və şəxsən cənab Prezident İlham Əliyevin böyük köməkliyi və dəstəyi ilə gerçəkləşdirilir. Aydındır ki, ölkənin bütün regionlarında bu qədər möhtəşəm quruculuq və abadlıq işlərinin görülməsi üçün milyardlarla manat vəsait ayrılır və bu vəsaitlər də ilbəil qarşıya qoyulmuş vəzifələrin icra olunmasına yönəldilir. Eyni zamanda bu işləri zaman-zaman görmək və həyata keçirtmək üçün hər bir vəzifə sahibindən, hər bir vətəndaşdan çox böyük məsuliyyət, işə vicdanlı münasibət olmalıdır. Bu isə o deməkdir ki, ölkəmizdə gedən möhtəşəm tikinti işlərində hər bir Azərbaycan vətənadşı da qolunu çırmayıb bir iş görməli və öz töhfəsini verməlidir. 

Bu gün sevinirici haldır ki, ən ucqar dağ kəndlərində belə hər şey yenidən qurulur, yenidən tikilir və başqa sözlə demiş olsaq, dünya standartlarına cavab  verə bilən sosial obyektlər, səhiyyə ocaqları, məktəblər və digər möhtəşəm tikililər həyata keçirilir. Bunlar hamısı Azərbaycan xalqının və Azərbaycan dövlətinin sürətli inkişafı, rifah halının yaxşılaşması deməkdir. 

Bakının iki addımlığında yerləşən Sumqayıt şəhərində də son 20 ildə çox möhtəşəm abadlıq, quruculuq və tikinti işləri görülüb və görülür. Bu yaxınlarda yolumuz Sumqayıta düşmüşdü. Sözün düzü, şəhəri tanımadıq. Çünki neçə illər idi bu şəhərə getmirdik. Amma bu yaxınlarda getdik və gördük ki, elə Sumqayıt da Bakı kimi son vaxtlar çox möhtəşəm və gözəl görünür. Bu gözəlliyisə yaratmaq elə də asan deyildir. İlk baxışdan adamn diqqətini cəlb edən güllü-çiçəkli, təmiz və yaraşıqlı parklar, xiyabanlar, küçələr, prospektlərdir. Adam bu şəhərin hər bir gözəlliyinə tamaşa etdikcə bundan zövq alır. Ən başlıcası odur ki, bu gün Sumqayıta abadlıq və quruculuq işləri təkcə şəhərin mərkəzində deyil, bütün mikrorayonlara və yaşayış massivlərində  görülür. Bu isə o deməkdir ki, hər bir Sumqayıt sakini şəhərdə gedən dəyişiklikləri öz yaşayış yerində, öz həyatında və güzaranında görür. 

Əgər Sumqayıtda son illərdə görülmüş abadlıq və quruculuq işlərinin siyahısını tərtib etsək, uzun bir siyahı alınar. Bayaq dedik axı, bu şəhərdə o qədər möhtəşəm işlər görülüb ki, adam istəyir ki, onlara baxdıqca, yenə baxsın. Ən möhtəşəm işlərdən biri Xəzərin sahilində son vaxtlar yaradılmış və inşa edilmiş qeyri-adi bulvardır. Heç 20 il bundan qabaq burada belə bir gözəllik yox idi. Amma indi neçə kilometr sahədə yeni bulvar tikilib, orada gözəl ağaclar, güllər, çiçəklər əkilib, yerə mərmər daşlar döşənib, uşaqların əylənməsi üçün atraksionlar və müxtəlif oyuncaq yerləri quraşdırılıb. Bununla yanaşı, bulvar boyu insanların istirahət etməsi üçün müasir üslubda tikilmiş və inşa edilmiş kafelər və eləcə də digər istirahət mərkəzləri vardır. Əlbəttə, Sumqayıt bulvarında təmiz hava almaq üçün burada istər isti yay günlərində, istərsə də payız və qış mövsümündə çoxlu sayda insanlar istirahət edirlər.  Sovet dönəmində Sumqayıtın havası çox çirkli idi və onun ekoloji təmizliyinə ikir verən yox idi. Amma bu gün şəhərin təmizliyinə və ekoloji durumuna çox böyük dövlət qurumları tərəfinddən önəm verilir. 

Biz bulvarda olarkən bir neçə Sumqayıt sakini ilə söhbət elədik. Onlardan biri də Sumqayıt sakini Nərminə Nəbi qızı Məmmədovadır. Nərminə xanım dedi ki, səhiyyə ocaqlarının birində işləyirəm, evimiz də bulvara çox yaxındır, işdən çıxanda və yorulanda gəlib yarım saat burada gəzir, təmiz hava qəbul edir və istirahət eləyirəm. Bundan sonra həm əsəblərim sakitləşir, həm də yorğunluğum canımdan çıxır. Vallah, şəhərimiz çox gözəlləşib, son 20 ildə isə tanınmaz dərəcədə hər şey yenidən inşa edilib. Bütün bunlar biz insanlar üçün olunub. Çünki biz Sumqayıtda uzun müddətdir yaşayırıq və burada çox dəyişikliklər görmüşük. Dolanışığımız da lap yaxşıdır. Mən həm təqaüd alıram, həm də işləyirəm. Oğluma, nəvələrimə maddi dəstək dururam. Bütün bunlara görə və həyatıımızın firavanlığı üçün ölkə prezidenti cənab İlham Əliyevə öz minnətarlığımızı bildiririk. Çünki cənab Prezident dəfələrlə Sumqayıta səfər edib, biz sakinlərlə görüşüb və qayğı göstərib. Hər dəfə Prezident gedəndən sonra Sumqayıtda abadlıq və quruculuq işlərinə milyonlarla manat vəsait ayırıb. Bu vəsaitsə İcra Hakimiyyəti və digər qurumlar tərəfindən şəhərimizdə möhtəşəm tikililərin inşa edilməsinə yönəldilib. Mən bu gün Sumqayıtda yaşamaqla qürur duyuram. Çünki Sumqayıt artıq dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Əlbəttə, yenə deyirəm, nə gözəllik varsa, nə inkişaf varsa, nə tərəqqi varsa buna görə xalqını və millətini sevən və ona xidmət etməklə qürur duyan cənab İlham Əliyevə borcluyuq! 

Bir faktı da deyək ki, son vaxtlar Sumqayıt şəhərində neçə-neçə möhtəşəm səhiyyə ocaqları, məktəblər, uşaq bağçaları və digər sosial obyektlər inşa edilib. Ən sevindirici hal odur ki, şəhərdə ASAN xidmət də fəaliyyət göstərir və eyni zamanda çoxlu sayda təhsil ocaqları və səhiyyə müəssisələri əsaslı surətə təmir edilərək əhalinin istifadəsinə verilib. Əlbəttə, bütün bunlar onu deməyə əsas verir ki, Sumqayıtda təkcə yol inrastrukturu inşa edilmir, həm də digər infrastrukturlar yenidən tikilərək, əhalinin xidmətinə yönəldilir. İnsanlarsa birmənalı olaraq şəhərdə gedən və görülən bu işlərdən çox məmnundur.

Onu da qeyd edək ki, Sumqayıtda son 20 ildə çoxlu sayda fabrik, zavod və istehsalat sahələri tikilib. Onların bir hissəsi dövlət və özəl şirkətlər tərəfindən inşa edilsə də, bir neçəsi xarici investorların sərmayəsi ilə inşa edilib. Bu isə o deməkdir ki, xarici iş adamları və şirkətlər Sumqayıtda gedən abadlıq,  quruculuq, tikinti işlərində yaxından iştirak edir və bu işlərə sərmayə qoyur. Heç şübhəsiz, Sumqayıtda istehsal olunan məhsullar ölkəmizlə yanaşı, xaricə də ixrac edilir. Bunun nəticəsində iş adamları öz qoyduqları sərmayənin artıq maya dəyərini çıxarmaqla yanaşı, xeyirini də görürlər. Üstəlik də bu müəssisələrdə yüzlərlə Sumqayıtlı sakin yeni iş yeri ilə təmin edilib və onlar ailələrini buradan qazandıqları əməkhaqqı ilə dolandırırlar.
Bu gün Azərbaycanda o qədər möhtəşəm işlər görülür ki, saymaqla qurtaran deyil. Həm işğaldan azad olunmuş rayonlarımızda, həm də digər şəhər və kəndlərimizə bu qədər abadlıq və quruculuq işlərini gerçəkləşdirmək elə də asan deyildir. Bunun üçün hər bir ölkədə ağıllı dövlət başçısı və güclü iqtisadiyyat olmalıdır. Azərbaycan xalqı xoşbəxt xalqdır ki, onun İlham Əliyev kimi dünya şöhrətli müdrik rəhbəri var və onun həyata keçirtdiyi böyük islahatlar nəticəsində güclü Azərbacyan iqtisadiyyatı yaranıb və güclü iqtisadiyyatsa - güclü dövlət deməkdir. Güclü dövlətin güclü ordusu, güclü siyasəti və güclü də rəhbəri olur. Heydər Əliyev kursunu uğurla davam etdirən prezient İlham Əliyevin siaysəti bu xalq tərəfindən həmişə dəstəklənir və bundan sonra da dəstəklənəcək. Dostlarımız ölkəmizə baxıb sevinəcək, düşmənlərimizin isə paxıllıqdan ürəkləri partlayacaqdır.                 
                                     

Faiq QİSMƏTOĞLU 

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.