«SUMQAYIT»LA «ZİRƏ»NİN OYUNUNUN GÖZƏLLİYİ NƏ İDİ?

Maraqlı oyun idi. Hər iki komanda qələbə üçün özünü öldürürdü, amma oyun heç-heçə qurtardı.
Oyunun gözəlliyi isə heç də futbol deyildi, stadiona yığışan və komandalarını sonadək dəstəkləyən azarkeşlər idi. Bütün tribunalar dolu idi. Dəfələrlə yazmışam və yenə yazıram, futbolun gözəlliyi azarkeşlərdi. Yoxsa azarkeşsiz futbol vodkasız xaş kimi bir şeydi.