İt gəzdirənlər
Bu gün Bakı şəhərində tez-tez it gəzdirən oğlan və qızlara rast gəlmək olur.
Onların əksəriyyəti mövcud qaydaları pozur, parklarda, xiyabanlarda insanlar, xüsusən də uşaqlar arasında qorxu və xof yaradırlar. Hansı ki, it gəzdirən adamlar o heyvanların ağzına buruntağlar bağlamalı və bundan sonra onları gəzməyə aparmalıdirlar. Bununla yanaşı, o itləri hər parlasa aparmaq olmaz və onların gəzdirilməsi üçün insanların az olduğu yerlər seçilməlidirm.
Təəssüf ki, biz çox vaxt bunun əksini görürük. Bəzi cavan oğlan və qızlar qaydalara məhəl qoymur, itləri ağzıaçıq parklarda gəzdirir, bundansa oradakı insanlar qorxuya düşur və it gəzdirənlərlə dava-dalaş eləyirlər. Bu yaxınlarda Yeni Günəşlidə " Fatmeyi-Zəhra" məscidinin yanındakı parkda it gəzdirən oğlanla orada istirahət edənlər arasında mübahisə yarandı.
Yaşlı qadın it gəzdirən oğlana dedi ki, ay oğul, bura müqəddəs yerdir, get o iti başqa yerdə gəzdir. İnsafən o gənc bir söz demədi və parkdan çıxıb getdi. Bir faktı da xatırladaq ki, parklarda və əhalinin çox olduğu yerlərdə gəzdirilən itlərin ağzında buruntaq olmasa, onun sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə olunur. Ona görə də it gəzdirənlər zəhmət çəkib, qanunlara əməl etməlidirlər!
Emil Faiqoğlu
Digər Xəbərlər
25 Iyun 2026 14:21
Şükürbəyli sakinlərinə açarlar verildi
25 Iyun 2026 10:23
1998-ci il qanunu ləğv olunur: Balıqçılıq sahəsində yeni qaydalar
25 Iyun 2026 09:36
Bu gün Aşuradır
24 Iyun 2026 17:02
Bakı -Tiblisi qatarı...
24 Iyun 2026 11:35
“Zeytun Bağları”nın ətraf mühitin qorunmasına töhfəsi - FOTOLAR
24 Iyun 2026 11:28
Leyla Əliyevanın təşəbbüsü ilə Xəzər sahili neft tullantılarından təmizlənir - FOTOLAR
23 Iyun 2026 13:28
Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır? - AÇIQLAMA
23 Iyun 2026 13:25


Bakı -°C

