"Edama məhkumun son günü" psixoloji dramı Bakı tamaşaçılarına təqdim olundu
20 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləti İttifaqının təşkilatçılığı ilə "QONAQ TEATR" layihəsi çərçivəsində Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının "Edama məhkumun son günü" (Viktor Hüqo) psixoloji dramı Bakı tamaşaçılarına təqdim olundu.
Tamaşada edama məhkum edilmiş şəxsin son günündə keçirdiyi duyğular əks olunur, edamla yanaşı, yazılmamış iyrənc və rəzil qanunlar, bu cür qanunların fiziki ağrılardan daha çox mənəvi ağrılara səbəb olması ön plana çəkilir.
Naxçıvan Teatrının 140 illik yubileyi münasibətilə oynanılan tamaşa görkəmli sənət adamları, ziyalılar, media nümayəndələri və teatrsevərlər tərəfindən böyük maraqla qarşılandı. Tamaşadan sonra Teatr Xadimləri İttifaqı Sədrinin vəzifə səlahiyyətlərini icra edən, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov Naxçıvan Dövlət Milli Dram Teatrını yubiley münasibəti ilə təbrik etdi, teatrın keçdiyi şərəfli inkişaf yolundan danışdı. Sonra o, Naxçıvan Teatrını milli teatr sənətinin inkişafındakı xidmətlərinə görə və yaranmasının 140 illik yubileyi münasibəti ilə, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Səyyad Bayramovu 65 illiyi münasibəti ilə, teatrın baş rejissoru Mir Qabil Əkbərovu «Edama məhkumun son günü» (V.Hüqo) tamaşasının uğurlu quruluşuna görə İttifaqın Fəxri fərmanı ilə təltif etdi.
Şəlalə Camal
Digər Xəbərlər
04 Noyabr 2025 11:01
Zəka Vilayətoğlu - SEÇİLMİŞ MAHNILAR
31 Oktyabr 2025 18:05
Xalq artisti xəstəxanaya yerləşdirildi
31 Oktyabr 2025 17:22
“Dünyanı uşaqlara verək!”
30 Oktyabr 2025 15:21
Qədimdən bu günə qədər gələn Türkiyə çörək irsi - FOTOLAR
30 Oktyabr 2025 08:26
Leyla Əliyeva "Hirkan" filminin təqdimatında
28 Oktyabr 2025 11:49
Leyla Əliyeva xalçaların toxunma prosesində iştirak etdi - VİDEO
27 Oktyabr 2025 14:05
Azərbaycan və Özbəkistanın milli teatrları əməkdaşlığa başlayır
27 Oktyabr 2025 11:28


Bakı -°C

