adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 Noyabr 2023 16:07
9882
LAYİHƏ

"20 Yanvar" İB-inin növəti tədbiri keçirilib - FOTOLAR

Noyabr ayının 15-i  Binəqədi rayonu, 179 nömrəli tam orta məktəbdə Mustafayev Nicat Bəkir oğluna həsr edilmiş tədbir keçirilib.

Tədbirdə “20 Yanvar” İB-nin kollektivi, polkovnik Hikmət Ağayev, polkovnik Xətayi Baxışov, hərbi mahnıların ifaçısı və müəllifi Şəmistan Əlizamanlı, şəhidin valideynləri, əsgər yoldaşları, şagirdlər, gənclər, yerli əhali iştirak edib.

Tədbirdə çıxış edənlər şəhidlə bağlı xatirələrini bölüşüblər, onun necə vətənpərvər bir gənc olduğunu xüsusilə vurğulayıblar.

Tədbir zamanı layihə çərçivəsində hazırlanıb çap olunmuş buklet və kitabçalar paylanılıb. Daha sonra şəhidin məzarı ziyarət olunub.