03 Iyun 2024 09:20
5901
MARAQLI

Gəncədə "Strateji Marketinq Forumu" keçiriləcək

9 iyun 2024-cü il tarixində Gəncədə "Strateji Marketinq Forumu" keçiriləcək. Forum, Azərbaycan və Türkiyə Biznes Group LLC və RG Logo Creative Agency-nin təşkilatçılığı ilə baş tutacaq və Inclusive Organization Team, Inclusive İnkişaf Mərkəzi, Gəncə Regional Turizm İdarəsi, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Texnologiya Universitetinin birgə dəstəyi ilə keçiriləcək.

Bu tədbir, ölkənin özəl və dövlət ali təhsil müəssisələrinin 100-ə yaxın aparıcı dövlət qurumu, özəl şirkət və müəssisələr ilə gələcək istedadların görüşdüyü bir platforma olmağı hədəfləyir. Forumun keçirilmə məqsədi, ölkəmizin ali təhsilini başa vurmaqda olan bakalavriat və magistratura səviyyələri üzrə təhsil alan sonuncu kurs tələbələri və məzunların öz ixtisaslarına uyğun olaraq, Sosial Media Marketinq haqqında təlimə yiyələnərək rahat iş imkanları əldə edə bilmələrinə təkan verməkdir.

Tədbirdə bir sıra dövlət rəsmiləri, millət vəkilləri və ali təhsil müəssisələrinin səlahiyyətli şəxsləri də iştirak edəcəkdir.

Forum, 9 iyun tarixində saat 10:00-dan 15:00-dək "My Way Boulevard Hotel Ganja"da keçiriləcək.

Təşkilat Komitəsi:

  RG Logo Creative Agency

  Azərbaycan Türkiyə Biznes Group LLC

Bu forum, marketinq sahəsində bilik və bacarıqlarını artırmaq istəyən gənc mütəxəssislər üçün unikal bir imkan olacaq.

Tədbir Proqramı

10:00 - 10:30 - Qeydiyyat və qəhvə fasiləsi

10:30 - 11:00 - Açılış nitqləri

11:00 - 12:45 -Marketinq mütəxəssisi "NB Holding" ASC Marketinq müdiri Mahir Quliyev

12:45-13:15 Coffee break

13:15- 14:00 Smm Reelsmaker Nərmin Hacıyeva

14:05-15:00 "RG Logo Creative Agency "Rəqəmsal marketinq mütəxəssisi Məcnun Abıyev

15:00 -  Bağlanış mərasimi