06 Avqust 2024 09:55
228
ƏDƏBİYYAT

“QİSAS” - Əli Hüseynov yazır

Belə bir deyim var, “Dar olsun dünya, aləm türkə kəfən biçənə”... 

Bizi Qarabağsız qoymaq istəyənlər kəfən biçməyə çalışırdı...

Qoymadıq! İmkan vermədik!

Biz bunu 44 günlük Vətən savaşında bir daha sübut etmişdik.

44 gündən sonrakı zamanda da mənfur düşmən bizə qarşı alışıb-yanan qisas meylləri göstərməyə başladı, artıq onları yerində oturdacaq daha bir dərsin vaxtı idi.

Düşmənin təxribatlarına cavab olaraq Azərbaycan Ordusu "Qisas" adlı əməliyyata başladı. 

Bu, təkcə hərbi bir əməliyyat deyildi, həm də uzun illər boyu yığılan qəzəbin və ədalətin təntənəsiydi. 

Dağlarda əks-səda verən top atəşləri, gənc əsgərlərin rəşadəti və xalqın duaları bir araya gəldi. 

Hər bir mərmi düşmən mövqelərinə deyil, həm də millətin ürəyindəki qisas istəyinə doğru atılırdı.

"Qisas" əməliyyatı, milli qürur və qələbə ruhunun təzahürü idi. 

Bu əməliyyat, düşmənə unutmayacağı bir dərs verdi: Azərbaycan xalqının iradəsi sarsılmazdır.

Gecələr səmada parlayan mərmilər, şəhidlərin ruhlarına verilən salam kimi idi. 

"Qisas" əməliyyatı, nəinki düşməni cəzalandırdı, həm də gələcək nəsillərə əbədi qələbə irsini buraxdı.

Bu qələbə dastanı gələcək tarix kitablarında qızıl hərflərlə yazılacaq. 

Azərbaycanın "Qisas"ı, həm ordumuzun gücünü, həm də xalqımızın birliyini bir daha dünyaya sübut etdi. 

"Qisas" əməliyyatı, sadəcə bir əməliyyat deyil, həm də müstəqillik, azadlıq və ərazi bütövlüyümüzün simvolu oldu.

Bu torpaqlar uğrunda döyüşən hər bir əsgərin qəhrəmanlığı, tariximizin parlaq səhifələrinə yazıldı.

"Qisas" - bu ad, hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq.

Şəhidlərimizin ruhu ucalardan-uca olsun, azad Qarabağ səmalarında şəhidlərimizin ruhu zəfər bayrağımıza kölgə salsın...