Geni dəyişdirilmiş məhsullar
Bu gün dünyada əksər məhsulların geniş dəyişdirilib.
Yüksək məhsuldarlıq əldə etmək üçün bu addımı atırlar. Amma yüksək məhsuldarlıq əldə edilsə də, insanların səhhətinə belə meyvə və bostan- tərəvəz məhsulları mənfi təsir göstərir. Daha doğrusu, insanlar arasında sağalmaz xəstəliklər yaradır.Azərbaycanda da, geni dəyişdirilmiş meyvə, bostan tərəvəz məhsullarına böyük önəm verilir. Belə ki, yerli toxumlar və ağaçlar artıq hamısı məhv olub və aradan götürülüb.
Ona görə də, yediyimiz xiyarın pomidorun, almanın, armudun, qarpızın , yemişin... dadı əvvəlki kimi deyil. Üstəlik də qiymətlər bir qədər də bahalaşıb. Görəsən , əvvəlki məhsulların istehsalını geri qaytarmaq olarmı, yerli toxumları bərpa etmək mümkündürmü?! Təbii ki, bu suala mütəxəssislər daha dəqiq cavab verə bilərlər!
Emil Faiqoğlu