Bu millət heç dəyişməyib...
Bizim millət gözəl, sadə millətdir.O qədər sadədir ki, kim nə deyir, ona inanır. Bu da millətimizin böyük ürəyindən irəli gəlir. Amma bizim millət başqaları kimi kitab oxumağı, elm dalınca getməyi bir o qədər də sevmir. Bax buna görə biz tərəqqi edə, irəli gedə bilmirik. Məşhur türk ilahiyyatçı alim Yaşar Nuri Türkeş deyir ki, dinin rəmzi saqqal, namaz, hicab deyil. Dinin rəmzi elm, ədalət, əxlaqdır. Bu deyime, heç kimin iradı ola bilməz.
Oktyabrın 13- də günorta saatlarında metro qatarı ilə evə qayıdırdı. Qatarda çadra geymiş bir qadın gördüm və çox təəccübləndim. Tək mən təəccüblənmədim, qatarda əyləşmiş əksər insanlar heyrətləndi. Biz çadıranın, dini dəyərlərin əleyhinə deyilik. Çadıra həmin qadının saçından tutmuş, ayağına qədər örtmüşdü. Hətta o qadının gözləri belə görünmürdü. " Qurani-Kərim" də belə geyimlə bağlı bir aya, bir surə yoxdu.Bəs onda bu geyimdir, qardaş?! Mirzə Cəlil bu millətin gözün açmaq istədi. Amma millətin gözü açılmadı ki, açılmadı. O vaxtdan bu günə kimi heç nə dəyişməyib, əksinə cahillik bir qədər artıb və artır. Bir ölkədə mollaların sayı çoxalırsa, heç şübhəsiz, cahillik də artacaq!!! Bax belə!
Emil Faiqoğlu