Şəlalə Camal: Sənsiz ağrıyır ruhum, ata...
(Atasızlığın acısını yaşayanların ruhuna bir sığınacaq olmaq ümidi ilə empatiya duyğusu ilə yazılıb)
Ata...
Sənə əlim çatmır...
Ünüm yetmir...
İstəyirəm sən dönəsən cavan yaşa,
Mən də o əzmli duruşuna,
Baxışına eləyim tamaşa...
Ata...
Sağ olaydın,
Sarılaydım boynuna
Hər ad günündə ən böyük arzumu diləyərdim
"Ata, sən çox yaşa"
Atam, mənim atam,
Ömrümün dəyəri, atam.
Sənsiz var kimi yoxam
Sənsiz ağrıyır ruhum, ata...
Mən sənin ad gününə
Nə alım, nə gətirim?
Nəyi sevirdin, ata?
Ən çox gedim deyirdin...
Hara getdin, ay ata?...
Hər səbir gətirəndə
Sağlam ol söyləyərdim.
Hansı ara demədim?!
Sağlam olmadın, ata...
Mən indi ümidimi
Kimə bağlayım axı?..
Qəlbimdə ölməmisən
Necə ağlayım axı?..
Sənə ağı deyirlər,
Nə çəkirəm bilirsən?..
Bəlkə sürpriz eləyib
İndi geri dönəsən?..
Digər Xəbərlər
17 Yanvar 2026 12:04
“İrandakı etirazlar ona görə inqilab şəklini ala və nəticəyə çata bilmədi ki...”
15 Yanvar 2026 18:32
FƏDAKAR ALİM ÖMRÜ
15 Yanvar 2026 11:05
"Azərbaycan xalqını çox yükləyiblər lazımsız ideya və fikirlərlə..."
15 Yanvar 2026 10:31
Nəğməli ürək - Həzi Həsənli yazır
14 Yanvar 2026 11:01
Axrınıza çox az qaldı, mollalar! - Murad Köhnəqala yazır
13 Yanvar 2026 12:43
“Dilimiz – kimliyimiz” mövzusunda ədəbi-ictimai müşavirə keçirilib - FOTOLAR
13 Yanvar 2026 12:20
"Boğaza yığılmışıq" - Anardan SƏRT AÇIQLAMA: AYB-dən çıxarılacaqlar
13 Yanvar 2026 11:15


Bakı -°C

