19 Oktyabr 2024 12:20
205
MƏDƏNİYYƏT

Teatrda "Odunçunun nağılı"

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti və Naxçıvan Dövlət Milli Dram Teatrının birgə layihəsi əsasında yasıl enerjiyə keçid, təbiətin mühafizəsi, ekoloji təmizliyə cağırış motivli yeni tamaşa hazırlanır.

Yazıçı Eluca Atalının "Odunçunun nağılı" folklor nümunəsi əsasında qələmə aldıği eyniadlı səhnə əsəri teatrın baş rejissoru Mir Qabil Əkbərovun bədii rəhbərliyi, gənc və istedadlı rejissor Ləman Vəliyevanın quruluşunda hazirlanir. Tamaşada qalaktikada yaşıl ada olan planetimizdə ekologiyanın qorunması, günəş işıgınin, suyun, küləyin önəmli faktor olması aşılanır, rejissor yozumunda incə ştrixlər, mühüm detallarla səhnə həllini tapır.

Tamaşada əməkdar artist Nazlı Hüseynquliyevanın, aktyorlardan Ugur Nəsirli, Vəfa Qurbanova, İsmayıl Mirzəcanovun canlandırdıqları obrazlar da diqqətcəkəndir.

Əsərdə hadisələr Xalanın Atanura nağıl danışması ilə başlayır. Xala nağıl danışdıqca sanki sehrli aləmə düşürük. Və bu sehrli aləmdə ağaclar rəqs edir, təbiət sanki dil açaraq danışır. Təbiətə ziyan vurmağa çalışan odunçunun məqsədi isə meşədə ağacları doğrayıb, onları bazarda satmaqdır. Xala ilə Atanur buna mane olur, hər ağacın nə qədər faydalı olduğunu odunçuya izah edir, onu məqsədindən çəkindirirlər.

Quruluşçu rəssamı Araz Xudiyev , musiqi tərtibatçısı İbrahim Əliyev olan tamaşada sirli- sehrli səhnələr uzlaşaraq tamasaçıda böyük maraq yaradır.

Tamaşa ölkəmizdə keçiriləcək iqlim dəyişikliyi, yasıl enerjiyə keçid, ekoloji tarazlığın bərpasına həsr olunan tədbir ərəfəsində teatrsevərlərə təqdim olunacaq

Adilə Səfərova ,teatrşünas