adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
27 Mart 2019 17:14
123450
RUBRİKA

TƏHLÜKƏSİZLİYİNİZİ TƏMİN ETMƏK İSTƏYİRSİNİZSƏ...

"Yol hərəkətihaqqında” Qanun

(əvvəli ötənsaylarımızda)

IV. Yaşayış məntəqələrindənkənarda ötməni asanlaşdırmaq məqsədilə, asta gedən, ağır yüklü və ya uzun nəqliyyatvasitələrinin sürücüləri eyni zolaqda özlərindən qabaqda gedən nəqliyyat vasitəsiilə kifayət qədər ara məsafəsi saxlamalıdırlar ki, onları ötən nəqliyyat vasitələriötməni tam təhlükəsiz şəraitdə başa çatdırsınlar. Əgər sürücü ötmə əməliyyatınabaşlamışdırsa və ötürsə, bu tələbə əməl olunmur.

V. Üstün hərəkətrejimli nəqliyyat vasitələri zərurətdən irəli gələn sürətlə hərəkət edə bilərlər.Göstərilən nəqliyyat vasitələrinin sürücüləri yol-nəqliyyat hadisələrininqarşısını almaq üçün hər cür tədbir görməlidirlər.

VI. Sürücülərə:

1) nəqliyyatvasitəsini onun texniki xarakteristikası üzrə müəyyən edilmiş maksimum sürətdənartıq sürmək;

2) lüzumsuzolaraq həddindən az sürətlə hərəkət etməklə başqa nəqliyyat vasitələri üçünmaneə yaratmaq;

3) yol-nəqliyyathadisəsinin qarşısını almaq üçün lazım olan hallar istisna edilməklə, nəqliyyatvasitəsini sərt tormozlamaq qadağandır.

VII. Yollarda nəqliyyatvasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və yastasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğubarədə məlumat vermək məqsədilə 6.14 "İnformasiya stendi" servisnişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddinigöstərən 3.24 "Maksimum sürətin məhdudlaşdırılması" nişanıquraşdırılmalıdır.

Belə servisnişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan150-1000 metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqdaquraşdırılır.

Maddə 51. Ötmə vəqarşılıqlı keçmə

I. Ötməyəbaşlamazdan əvvəl sürücü əmin olmalıdır ki:

1) girmək istədiyihərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o,qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneəyaratmayacaq;

2) eyni zolaqdaarxasınca gələn nəqliyyat vasitəsi onu ötməyə başlamayıb, özündən qabaqda gedənnəqliyyat vasitəsi isə ötmə, sola dönmə, yerdəyişmə barədə siqnal vermir;

3) qarşıdan gələnvə bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadançıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boşdur və iki nəqliyyatvasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağaimkan verəcəkdir.

II. Relssiz nəqliyyatvasitəsini yalnız sol tərəfdən ötməyə icazə verilir. Lakin sürücüsü sola dönməsiqnalı verən və manevrə başlayan nəqliyyat vasitəsini sağ tərəfdən ötmək lazımdır.

III. Ötməninsonunda (sağ tərəfdən ötməyə icazə verilən hallardan başqa) sürücü əvvəltutduğu hərəkət zolağına qayıtmalıdır. Lakin eyni istiqamətdə hərəkət üçün ikivə daha artıq zolaq olduqda, ötən sürücü əgər əvvəl tutduğu zolağa qayıdıb dərhalyenidən ötməyə başlamalı olacaqsa və onun arxasınca daha yüksək sürətlə gələn nəqliyyatvasitələri üçün maneə yaratmayacaqsa, sol zolaqda qala bilər.

IV. Hərəkət sürətiniartırmaqla və ya başqa hərəkətlərlə ötən nəqliyyat vasitəsinin sürücüsünəmaneçilik törətmək qadağandır.

V. Ötmə:

1) nizamlananyolayrıclarında - əks istiqamətli hərəkət zolağına keçməklə və nizamlanmayanyolayrıclarında - baş yol olmayan yolla hərəkət etdikdə (hərəkətin dairəviolduğu yolayrıclarında ötmə, yanqoşqusu olmayan ikitəkərli nəqliyyat vasitələriniötmə və icazə verilmiş sağdan ötmə istisna edilməklə);

2) piyada keçidlərində- piyadalar olduqda;

3) dəmiryolkeçidlərində və onlara 100 metrdən az qaldıqda;

4) ötən və yayanından keçən nəqliyyat vasitəsini;

5) yoxuşunaxırında və yolun məhdudiyyətli görünüşlü digər sahələrində - əks istiqamətli hərəkətzolağına çıxmaqla;

6) tunellərdəqadağandır.

VI. Yaşayış məntəqələrindənkənarda asta gedən və ya iriqabaritli nəqliyyat vasitəsini ötmək çətinləşdikdə,sürücü nəqliyyat vasitəsini mümkün qədər sağa çəkməli, lazım gəldikdə isəarxasında yığılmış nəqliyyat vasitələrini buraxmalıdır.

(ardı var)