Sözün işıqlı anı
Ürəyimdən səssizlik keçir. Sakit, heç kimin olmadığı mobil, elektron, daha nə bilim nələr,nələr olmayan bir guşə... Sadəcə su şırıltısı, yarpaq, ot xışıltısı, bir də quşların səsi. Yetər ki, bunlar mənim ayaqda olduğumu, yaşadığımı, mövcudluğumu xatırlatsın.Yəni bunların mövcudluğu və mənim bunlarla təmasım artıq özü-özlüyündə yaşadığımı,düşündüyümü büruzə verir. Və mən də həmin o düşüncələri sadəcə indi xəyal edirəm,ürəyimdən keçirirəm ki, kaş, o sakit guşəni heç olmasa bir saatlıq haqq edə bilim,onu mənə bağışlasınlar... o bir saatlıq anı yaşamaq imkanı, dəstəyi versinlər...
Düşünə bilərsiniz ki, bu nə çətin işdi ki, bunu özünə dərd edirsən. Amma məntiqlə yanaşanda onda görürsən ki, hər kəsin istəyi çin olana qədər hansı çətinliklərdən keçir. Hətta bir stəkan bulaq suyunu içmək üçün də (Bakıda marketlərdə satılan bulaq suyundan getmir söhbət, bulağın gözündən içilən sudan danışıram mən- Ə.M.) həmin o bulağın yanına gedib çıxmaq bilirsiniz də nə deməkdi? Bilmirmirsinizsə, xatırladım. Bu həm vaxt deməkdi, bu həm maddi durum deməkdi, bu sağlamlıq, bu fiziki durum və nəhayət,bu həm də kimlərinsə izini, xeyir-duası deməkdi. İndi gördünüzmü, bir ovuc bulaq suyu içmək üçün bir dünya məsrəf, bir dünya səbəb var. Gəl indi onları aş görüm,necə aşırsan? Gəl indi bunları çöz görüm necə çözürsən? Ona görə də düşünməkdən,ürəyimdən keçənləri dilimə, sözümə gətirməkdən ehtiyat edirəm. Çünki doğru anlaşılmaya bilər, doğru yozulmaya bilər.Və nəhayət, bu dürüst anlaşılmazlıq hansısa qəlbi zədələyər, hansısa ruhu incidər.Onda necə deyərlər, Kərəmi də ağlamaq tutar...
Yeri gəlmişkən, bax elə bu mövzuyla bağlı yaşadığım bir məqamı xatırlayıram. Deməli,bir şeir yazmışdım. Onu indi sizə də təqdim edəcəm, sonra həmin məqama qayıdarıq.
İki əllə yapışıb
Saxlamaq istəyirəm...
Vaxtın hətta əl-qolun -
Bağlamaq istəyirəm...
Dondurmaq gəlib keçir
Vaxtı bəzən könlümdən...
İstəmirəm çəkilsin -
Sənli vaxtlar önümdən...
Bu istəklə sonadək
Yaşayaraq mən ölsəm...
Diriləcəm, ürəkdən -
İstəyimi sən bölsən!..
Bəli,bu şeirlə bağlı bir ürək dostum mənə bildirdi ki, söhbət hansı istəyindən gedir.Sual mənə yaman toxundu. Ona görə də birbaşa cavab verdim:
-Məgər mənim dirilməyimin hansısa bir istəklə bağlılığı var?
Bu cavabın ardınca ikinci bir cavab da gəldi dilimə və dedim:
-"Nəsimi" filmi yadındadı? Orda bir məqam var: Şəms deyir ki, "Dövlət bəyin ölüsü də gözəldi!" Bəlkə, mənə sual ünvanlayanda sən də bunu düşünürdün?
O gülümsədi və dedi:
-Sən gecələr yat, Dövlət bəy!
Hər şeyi başa düşdüm, mövzudan yayınmağı da,ironiyanı da. Amma öz-özümə həm də düşündüm ki, dərin hisslərə qapılmağın bəzən tuş gəldiyi elə nöqtələr olur ki, orda hətta meh də, şeh də adamın xətrinə dəyir.Ona görə də dərində üzmək başqadı, dərin hisslərə qatılmaq tamam başqa. Birində boğulmaq təhlükəsi, birində ağrımaqacısı...
***
Yaşananlar o vaxt şirin və yaddaqalan olur ki, onu xatırlayanda ürəyin ağrımır. Özündən, yaşadıqlarından,ümumiyyətlə, dünənindən incimirsən, küsmürsən,bezmirsən və dünəninə də, özünə də acımırsan. Bu mənada mənim dünənimdən incidiyim məqamlar heç də az deyil. Amma neyləyim ki, hər dəfə dizimə dəyən daşlar ağlımı özümə qaytarmır. Axırda dizim daşdan bezir, daş da dizimdən. Və hər ikisi"eh" edib başını bulayıb çəkilir öz işinin arxasına.
Buna görə də həm doğmalar, həm simsar olanlar, məni mənim kimi duyan sənin özün də hər dəfə məni qınayırsan, mənə nəsihət edirsən, məsləhət verirsən, ağıllı olmağa, özümü toparlamağa çağırırsan. Mən isə ağıllana bilmirəm. Deyəsən südlə gələn sümüklə çıxacaq axırda. Yəni normal, səmimi yanaşıb qayğı-diqqət ayırdığım insanın divarın o üzündəki mövqeyi, yanaşması, hətta açıqlamalar verməsi "qulağı" olan yerin yaratdığı fürsət hesabına çoxda gizlin qalmır, açılır üstü, bəlli olur hər şey. Bax, onda ürəyim ağrıyır, özümü qınayıram. Amma bu da bir an çəkir. Çünki mən təbiətən tamam fərqli baxmışam dünyaya.Bunun da əsas səbəbi müəllimlərim olub - həm məktəbdə, həm də həyatda. Hər zamanda onların öyrətdikləri, onlardan öyrəndiklərim əlimdən tutub və o sarsıntıları,o ürəyimə dəyənləri büküb bir kənara qoymaqda mənə kömək olublar. Və mən yenə öz yolumla, öz axarımla getmişəm, gedirəm... onlar da yenə öz axarlarıyla, öz yollarıyla gedirlər. Bu yollar kəsişən deyil. Bu yolların bəxtinə paralellik yazılıb. Ona görədə paralel olanın bir-birindən qurtulması üçün hansısa birinin sıradan çıxması lazımdı.Bu da Allahın ixtiyarındadı. Mən də Allahın işinə qarışmağı nə bacarmıram, nə dəbu barədə heç düşünmürəm də. Sizə də məsləhət görmürəm. İstəyirəm ki, bu həyatın bütün rənglərini, bütün çalarlarını gözünüzün önünə gətirib necə var elə qəbul edəsiniz. Reallığa, gerçəyə sığınasınız, onu önə çəkəsiniz, onun yanında olasınız. Bax onda görəcəksiniz ki,bu dünyanın "qaradaş"ı də göyərməsə, üstündə ot göyərdir. Axı, iradə Allahındı!Hökm onundu!
Şəxsən mən bir az pafoslu, bir az böyük görünsə də, əlimi ürəyimin üstünə qoyub deyirəmki, bəli, məni necə, hardan vursanız da, onun ağrısı Allahımın və Sənin sayəndə bir məlhəm tapır. Və çəkilib bir təkliyə, bir kimsəsizliyə düşünürəm. Düşünürəmki, içimdəki təkliyin diktəsi də Tanrıdan gəlir.
***
Deməli,bütün bu dediklərimdən, bu yazdıqlarımdan və sizin eşidib oxuduğunuzdan belə bir nəticəyə gəlirəm:
-Həyatda kimin necə olmasından asılı olmayaraq, qədəri yazan Allahdı! Ruzini verən Allahdı! Dərdi də dərd çəkənə verən yenə Allahdı!
Siz özünüz bu nəticəni silib ata da bilərsiniz, öz işinizdi. Amma mən güvəncim olanAllaha və Sənə üz tutub həmişə dediyim, etiraf etdiyim və bu yazıda da yazdığım o nəticəyə zaman-zaman yaxınlaşmışam, zaman-zaman özümü o nəticənin bax də inam və inanc olsa, siz onu mənim kimi qəbul edəcəksiniz...