Terrorçu Yasin Hüseynzadə ruhi xəstəxanaya yerləşdirildi - İrandan yeni hiylə
Yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyində terror aktı törədən İran vətəndaşı Yasin Hüseynzadə psixiatriya xəstəxanasına yerləşdirilib.
Adalet.az xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.
Cinayət işinin istintaqını həyata keçirən Tehran Cinayət Prokurorluğunun qənaətinə görə, Hüseynzadə şizofreniya da daxil olmaqla bir sıra psixi problemlərdən əziyyət çəkir.
Həmçinin məlum olub ki, Azərbaycanın İrandakı səfirliyində terror aktı törədən cinayətkar azı bir ay müddətində Tehrandakı psixiatriya xəstəxanalarından birində qalacaq və burada müxtəlif müayinələrdən keçiriləcək.
Bu faktın özü artıq rəsmi Tehranın cinayətkar Yasin Hüseynzadəni öz himayəsi altına götürdüyünü bir daha sübut edir.
Qeyd edək ki, bundan öncə İran hakimiyyəti terror hücumu edən şəxsin cinayət əməlini guya ailə münaqişəsi zəminində törətdiyini bildirmişdi.
Digər Xəbərlər
10 Sentyabr 2026 20:19
Azərbaycanda doğum nisbəti və təbii artım azalıb
10 Sentyabr 2026 17:44
Bu qədər uşaq nikahdankənar doğulub
10 Sentyabr 2026 17:10
1 yaşına çatmadan ölən uşaqların sayı açıqlandı
10 Sentyabr 2026 16:30
Gizli səsyazısı məhkəmədə sübut sayıla bilər?
10 Sentyabr 2026 16:02
"İçərişəhər"ə niyə 300 maşın buraxılır?
10 Sentyabr 2026 15:52
Qardaşımın qanı yerdə qalmayacaq! - Ucalın bacısı
10 Sentyabr 2026 14:12
Səhiyyə naziri UNOPS-un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü
10 Sentyabr 2026 11:11


Bakı -°C

