Tokayev vitse-prezidentin səlahiyyətlərini təsdiq etdi
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev ölkənin vitse-prezidentinin səlahiyyətlərini müəyyən edən fərman imzalayıb.
Adalet.az xəbər verir ki, müvafiq sənəd Akordanın mətbuat xidməti tərəfindən dərc olunub.
Fərmana əsasən, vitse-prezident daxili və xarici siyasət sahəsində strateji təşəbbüsləri hazırlayacaq və dövlət başçısına təqdim edəcək.
Prezidentin tapşırığı ilə vitse-prezident Qurultay, hökumət, dövlət orqanları, siyasi partiyalar, ictimai birliklər və beynəlxalq təşkilatlarla qarşılıqlı əlaqədə onu təmsil edə biləcək.
Bundan başqa, vitse-prezident həmçinin beynəlxalq tədbirlərdə iştirak edəcək, Dünya və Ənənəvi Din Liderləri Qurultayının Katibliyinə rəhbərlik edəcək və Prezident yanında Qazaxıstan Strateji Tədqiqatlar İnstitutunun fəaliyyətinə nəzarət edəcək.
Bundan əlavə, o, sərəncamlar vermək, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına tapşırıqlar vermək, lazımi sənədləri tələb etmək və qurumlararası işçi qrupları yaratmaq hüququ əldə edib.
Vitse-prezidentin fəaliyyətinin təmin edilməsi Qazaxıstan Prezidentinin Administrasiyasına həvalə olunub.
Qeyd edək ki, Qazaxıstanda 2026-cı il iyulun 1-də yeni Konstitusiya qüvvəyə minib. O, Qazaxıstanın vitse-prezidenti vəzifəsinin təsis olunmasını nəzərdə tutur. Avqustun sonunda Yerlan Karin Qazaxıstanın vitse-prezidenti təyin edilib.
Digər Xəbərlər
05 Sentyabr 2026 15:41
Dünyada kimin ordusu güclüdür?
05 Sentyabr 2026 12:32
İstanbulda hoteldə yanğın - 12 nəfər xəstəxanalıq oldu
05 Sentyabr 2026 08:28
Polşada qatar yük maşınına çırpıldı - Anbaan görüntülər
04 Sentyabr 2026 18:55
TRIPP-in inşasına bu tarixdə başlanacaq
04 Sentyabr 2026 18:36
"Kişisən, yoxsa qadın?" - Zaxarovadan Paşinyana cavab
04 Sentyabr 2026 17:56
İsrail Türkiyə ilə müharibə etsə, ABŞ... - Zaxarova
04 Sentyabr 2026 17:53
Nepalda daşqın: Ölənlərin sayı artdı
04 Sentyabr 2026 15:57


Bakı -°C

