06 Iyun 2024 10:08
7619
MARAQLI

Türk düşməni milyarder Krik: 1 milyard dollar,  ”saxta soyqırımı” filmi, güclü diaspora...  

1917-ci ilin məhz bu günü  erməni xislətinə məxsus bütün  xüsusiyyətləri özündə cəmləşdirən daha bir erməni  doğuldu. Baxmayaraq ki, o  terror və separatizm beşiyi olan Ermənistanda deyil , Türkiyədən uzaq ABŞ-ın Koliforniya ştatının  Freşno şəhərinə köç etmiş  erməni mühacir ailəsində doğuldu. Amma düşüncələri  türk düşməni Qaregin  Njdenin  düşüncələrindən heç də yumşaq deyildi. İndi təsəvvür edin ki, belə murdar düşüncələr sahibi bir milyarderdi.

Adalet.az xəbər verir ki, söhbət 98 illik ömründə qazandığını  ancaq “Böyük Ermənistan”ın gerçəkləşdirməsinə həsr edən Kirk (Krikor) Kerkoryandan gedir.

Səkkizinci sinifdən sonra avtomexanik işləmək və boksla məşğul olmaq üçün məktəbi tərk etdi. Qısa müddətdən sonra yerli həvəskarlar arası orta ağırlıqlı çəkidə çempion oldu.
 
Milyarderliyə gedən yol

1935-ci ilə qədər kiçik bizneslə məşğul idi. 1939-cu ildə aviasiya ilə maraqlanır. Aviasiya məktəbində oxuyub, Britaniya Kral Hava Qüvvələrinin təlimatçı pilotu olub. İkinci Dünya Müharibəsinin veteranıdır. Müharibədən sonra Atlantik okeanı üzərindəki hərbi hava qüvvələri təyyarələrində uçdu və Atlantik üzərindən uçuşda həmin dövr üçün rekord vurdu. İkinci Dünya Müharibəsi illərində Mosquito bombardmançı təyyarələrini Kanadadan Britaniyaya daşınmasında iştirak edirdi. Uçuşlardan qazandığı böyük məbləğdə pulu biznesə yatıran erməni 1947-ci ildə 60 min dollara kiçik bir çarter firmasını, donanmasında cəmi üç təyyarəsi olan Los Angeles Air Service şirkətini satın aldı. Aviaşirkət Los Anceles və Las Vegası arasında uçuşlar edirdi.1962–1965-ci illərdə səhmlərlə işləyərək 5 il ərzində 37,6 milyon dollar qazandı.

ABŞ-ın ən böyük şirkətlərindən biri olan "Tracinda Corporation"-un qurucusu və prezidenti olan Kirk  "Forbes" jurnalına görə 2007-ci ildə Kerkoryanın ümumi sərvəti 18 milyard dollar (Forbes siyahısında 7-ci yer),  2010-cu ildə — 3,1 milyard dollar (307-ci yer), 2012-ci ildə — 3,3 milyard dollar olaraq qiymətləndirildi. 2015-ci ildə onun sərvəti təqribən 4.2 milyard dollar dəyərində idi. Las-Veqasdakı əsas iş adamlarından biri və "meqakurortun atası" kimi tanınırdı. Las-Veqasdakı otellərin və kazinoların 40% -i Kirk Kerkoryana məxsus idi. O, Beverli Hillsin ən varlı sakinlərindən biri idi.
 
Millətçi və türk düşməninin  irticaçı xalqına xidmətləri

Ermənistanın çiçəklənməsinə  və “uydurma erməni soyqırımı” nı dünyada rəsmən tanınması üçün  milyonlar ayırmağa başladı. Ermənistana və Qarabağa etdiyi yardımlar yeni yolların, o cümlədən strateji əhəmiyyətli magistral yolların təmiri və inşası, tunellərin və şəhər qurğularının yenilənməsinə imkan yaratdı. 1988-ci il zəlzələsindən zərər görən ərazilərdə fəlakət qurbanları yüzlərlə ev üçün tikdirdi. Bunlar Kirkoryan tərəfindən himayə edilən “Lincy Xeyriyyə Fondu” tərəfindən inşa edildi. O, ilk dəfə 1998-ci ildə Ermənistana səfər edib. 1989-cu ildən sonra 26 il ərzində ABŞ-dan gələn maliyyə hesabına "Birləşmiş erməni fondu" vasitəsilə Ermənistan və Dağlıq Qarabağa 1 milyard dollardan artıq humanitar  yardım edib. Kirk Kerkoryan ABŞ-dakı erməni diasporunun quruluş və təşkilatlarını da maliyyələşdirirdi.

2010-cu ildə  Los Angelesdəki Kaliforniya Universitetinə 200 milyon dollar bağışladı. Erməni tarixi adı altında "soyqırım" kafedrasının qurulmasını təmin etdi. Məhz bu kafedranın yaradılmasından sonra ABŞ-ın ştat və şəhərlərində uydurma erməni soyqırımı rəsmən tanında və onlara abidələr ucaldıldı.

 Hollivudda ilk dəfə "Qondarma erməni soyqırımı" mövzusunda olan “Vədə” filminin çəkilməsi üçün 100 milyon dollar ayırdı. Film romantik səhnələrlə dolu bir sevgi hekayəsi ətrafında soyqırımın təbliğatı idi. Film “Oskar”a namizəd oldu.
 
Kirkoryanın xeyriyyə dairəsi respublikanın mədəniyyət obyektlərinə də toxundu: muzeylər, teatrlar, sənət qalereyaları dəbdəbəli şəkildə yenidən qurulmuş və müasirləşdirilmişdi.

O, xidmətləri müqabilində Ermənistanın Milli Qəhrəmanı adına və “Vətən” ordeninə layiq görülüb.
2015-ci il iyunun 16-da milyarder Kirk Kerkoryan ABŞ-da 98 yaşında vəfat edib. Gümrü şəhərinin Abovyan küçəsində heykəli qoyulub.
 
 P.S.  ABŞ-da "kazinolar imperatoru" olaraq tanınan Kirk Kerkoryan  sərvətini Ermənistana səpələməkdən zövq alıb. Onun dünyanın hər bucağındakı ermənilərə xüsusi diqqəti və qayğısı olub. Məsələn, Las Veqasda erməni mənşəli əfsanəvi tennisçi Andre Aqassinin qurduğu tennis akademiyasına 18 milyon dollar bağışladı.  Düşünürəm ki, maliyyədən başqa onun ermənilərə ən böyük xidməti məhz “Vədə” filmidir ki,  hər ilin 24 aprelin    dünyanın 70-ə yaxın ölkəsinin dövlət televiziyalarında nümayiş olunur. 

Əntiqə Rəşid

Məqalədə Vikipediyanın məlumatlarından istifadə edilib.