Türkiyə Suriyada Azərbaycanın hərbi təcrübəsindən istifadə edəcək
Suriya hərbi qulluqçuları artıq Türkiyədə təlim keçirlər və onların gələcək təlimləri "Azərbaycan modeli"nə uyğunlaşdırıla bilər.
Adalet.az xəbər evrir ki, bu barədə Türkiyənin müdafiə naziri Yaşar Güler media nümayəndələri ilə görüşündə bildirib.
"Biz Azərbaycan, Liviya və Somaliyə təlim dəstəyi verdiyimiz kimi, onlara da eyni dəstəyi verə bilərik. Biz onların təliminə Türkiyədə başlamışıq və bu, davam edir", - deyə türkiyəli nazir bildirib.
Güler həmçinin xatırladıb ki, o, əvvəllər digər yüksək vəzifəli hərbi rəsmilər kimi Suriyaya səfər edib və bu səfərlər zamanı Suriya ordusunun imkanlarını artırmaq yolları müzakirə olunub.
O, "terrorizmə qarşı mübarizədə" Dəməşqə dəstək verməyin vacibliyini vurğulayıb və qeyd edib ki, bu istiqamətdə işlər davam edir.
Digər Xəbərlər
22 Dekabr 2025 10:46
"İsrail və İran sürətli şəkildə yeni müharibəyə hazırlaşırlar"
22 Dekabr 2025 10:46
“İran ciddi bir xaos içərisindədir...”
22 Dekabr 2025 09:50
Uitkoff Mayami danışıqlarını konstruktiv hesab edir...
22 Dekabr 2025 09:49
Avropalılar "podsvinki" sözünü tərcümə edə bilmirlər
20 Dekabr 2025 19:50
Şərqin incisi sayılan, turistlərin heyran qaldığı Halfeti – FOTOLAR
20 Dekabr 2025 19:15
Netanyahu Trampa İrana yeni zərbələr planını təqdim edəcək
20 Dekabr 2025 18:14
Türkiyə dünyada ilk 10-luğa daxil olmağı hədəfləyir
20 Dekabr 2025 17:00


Bakı -°C

