Türkiyənin müdafiə nazirinin müavini Bakıya gəldi, Zakir Həsənovla görüşdü - VİDEO
Fevralın 27-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikasının milli müdafiə nazirinin müavini cənab Şuay Alpayın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Adalet.az xəbər verir ki, görüşdən əvvəl türkiyəli qonaqlar Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarlarını, həmçinin Şəhidlər xiyabanı və Türk Şəhidliyini ziyarət edərək əklil və gül dəstələri qoyub, xatirələrinə dərin ehtiram nümayiş etdiriblər.
Müdafiə Nazirliyində keçirilən görüşdə Türkiyə nümayəndə heyətini salamlayan general-polkovnik Z.Həsənov onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Ölkələrimiz arasında ikitərəfli əlaqələrin dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edən müdafiə naziri hərbi əməkdaşlığın daha da genişləndirilməsi baxımından bu cür görüşlərin vacibliyini xüsusi vurğulayıb.
General-polkovnik Z.Həsənov Azərbaycan-Ermənistan şərti sərhədindəki əməliyyat şəraiti, eləcə də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatlardan danışıb.
Özünün də Azərbaycanın bir övladı olduğunu qeyd edən cənab Ş.Alpay göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Cənab Ş.Alpay Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Gülərin salamlarını çatdırıb, qarşılıqlı inam, etimad və dəstəyə əsaslanan, uğurla inkişaf edən Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının hazırki vəziyyətindən məmnunluğunu ifadə edib.
Türkiyə Respublikasının Azərbaycandakı səfiri cənab Cahit Bağcının da iştirak etdiyi görüşdə regional hərbi əməkdaşlıq sahəsində inkişaf perspektivləri, təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Müdafiə naziri Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamı ilə təltif edilən cənab Ş.Alpaya “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalını təqdim edib.
Sonra Ş.Alpayın rəhbərlik etdiyi nümayəndə heyəti müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay ilə görüşüb.
Keçirilən görüşlərdə Türkiyədə istehsal olunan müxtəlif növ uçuş vasitələrinin modelləri təqdim olunub, qarşılıqlı hədiyyə mübadiləsi aparılıb.
Digər Xəbərlər
16 Dekabr 2025 17:51
YAP Sədrinin müavini Tahir Budaqov Türkiyədə - FOTOLAR
16 Dekabr 2025 17:05
Elçin Əmirbəyov: 2025-ci il Cənubi Qafqaz üçün tarixi bir mərhələ idi
16 Dekabr 2025 16:52
Məşhur Məmmədov: "İlham Əliyevin amnistiya təşəbbüsü minlərlə ailəyə ümid və sevinc bəxş edəcək"
16 Dekabr 2025 16:14
Ərdoğan: Azərbaycan və Ermənistan sülh imzalamağa yaxındırlar
16 Dekabr 2025 15:48
"Qara bazarın formalaşmasına qarşı ciddi mübarizə aparılmalıdır" - Komitə sədri
16 Dekabr 2025 15:20
"Bu vərdiş sonradan siqaret və narkotikə keçid üçün əsas yarada bilir" - Deputat
16 Dekabr 2025 14:57
Əli Əsədov Həştərxan vilayətinin qubernatoru ilə görüşdü
16 Dekabr 2025 13:26


Bakı -°C

