Valideynlərin diqqətinə - Bu cümlələr uşaqlarda travma yaradır
Sağlam və düzgün bir fərd yetişdirməyə çalışarkən şüursuz şəkildə yaranan travmalar gələcəyə təsir edir. Bu səbəbdən uşaqlarda travmaya səbəb olan cümlələri təqdim edirik.
Adalet.az xəbər verir ki, “Words Matter” adlı xeyriyyə təşkilatının apardığı araşdırmaya görə, valideynlərin işlətdiyi bəzi sözlər uşaqlarda travma yaradır. Araşdırmanın ən diqqət çəkən məqamı isə uşaqların 41 faizinin böyüklər, o cümlədən valideynləri, müəllimləri və həyatlarında önəmli olan digər şəxslər tərəfindən şifahi təcavüzə məruz qalmasıdır.
Statistikaya görə, araşdırmaya qatılan 11-17 yaş arası uşaqların yüzdə 51-i hər həftə ailə və ya ətraf mühitin səbəb olduğu şifahi təhqirlərə məruz qalır. Sorğuda ümumilikdə 1000 gənc iştirak edib və iştirakçılardan böyüklərdən eşitdikləri ən mənfi və incidən cümlələr soruşulub.
Cümlələr ümumiyyətlə oxşar olsa da, ən çox eşidilənlər bunlardır:
"Sən faydasızsan"
"Sən axmaqsan"
“Sən heç nəyi düzgün edə bilməzsən”
“Sən dəyərsizsən”
"Mən səndən utanıram"
kimi sözlərə görə, şifahi zorakılığa məruz qaldıqlarını deyən uşaqların 46 faizi bu cümlələri eşitmə səbəblərini axtardıqlarını və özlərini cəmiyyətdə qeyri-adekvat hiss etdiklərini bildiriblər. İkinci sual olaraq iştirakçılara bu cümlələrin onlarda necə hisslər yaratdığı soruşulub. Cavablar narahatlıq, utanc və qorxu hissi olub.
Vasif Əlihüseyn
Digər Xəbərlər
17 Dekabr 2025 14:45
Nihatın həyatı sizin əlinizdədir: Anası yardım üçün müraciət etdi - FOTOLAR
16 Dekabr 2025 18:13
6 yaşlı Ucalın köməyinizə ehtiyacı var - FOTO
16 Dekabr 2025 10:07
Xəstənin yaşayış yerində epidemioloqun vəzifələri
16 Dekabr 2025 10:02


Bakı -°C

