Xalq artisti Tofiq Quliyevə həsr olunmuş konsert proqramı keçirilib

Bakı Xoreoqrafiya Akademiyasında (BXA) Azərbaycanın görkəmli bəstəkarı, pianoçu, dirijor, Azərbaycan SSR Xalq artisti Tofiq Quliyevin 105 illik yubileyinə həsr edilmiş konsert proqramı keçirilib.
Tədbir BXA-nın İncəsənət fakültəsinin dekanı, Əməkdar artist Sənan Hüseynli, Musiqi sənəti kafedrasının müdiri, dosent Əhsən Əhmədov və orta ixtisas təhsil pilləsinin direktoru, rəqqas-xoreoqraf Tahir Eynullayevin təşkilatçılığı ilə baş tutub.
Tədbirdə İncəsənət fakültəsinin dekanı, Əməkdar artist Sənan Hüseynli, Musiqi sənəti kafedrasının müdiri, dosent Əhsən Əhmədov, Sənətşünaslıq kafedrasının müdiri Şəhla Əliyeva, BXA-nın elmi katibi, dosent Həbibə Məmmədova, Tədris şöbəsinin müdiri, dosent Yeganə Tapdıqova, orta ixtisas təhsil pilləsinin direktoru rəqqas-xoreoqraf Tahir Eynullayev, Həmkarlar İttifaqının sədri Xatirə Tahirova, tam orta təhsil pilləsinin direktor müavinləri; Kamilə Əliyeva, Samirə Əliyeva və akademiyanın müəllim-tələbə heyəti iştirak edib.
Konsert proqramında bəstəkarın fortepiano əsərləri, kinofilmlərə bəstələdiyi unudulmaz mahnıları səsləndirilib.
BXA-nın orta ixtisas təhsili pilləsinin müəllim-tələbə heyətinin, İncəsənət fakültəsi Xalq çalğı alətləri ixtisasının tələbələri və Musiqi sənəti kafedrasının müəllim və konsertmeysterlərinin ifasında “İncəlik”( orta ixtisas təhsil pilləsinin III kurs tələbələri, solist: Əskərova Mədinə, müəllim-xoreoqraf: Əməkdar artisti Səbinə Qasımova), “Bir neçə söz...”( orta ixtisas təhsil pilləsinin müəllimi Pərvanə Həsənova), “Prelüdiya fis-mol”( İfa edir: bakalavr pilləsinin İnstrumental ifaçılq ixtisasının I kurs tələbəsi Ramazanova Nuranə, müəllim: BXA-nın baş müəllimi Lalə Hüseynli),“Fantaziya” (İfa edirlər: “Musiqi sənəti” kafedrasının müəllim-konsertmeysterləri Simuzər Səmədova və Rəna Novruzbəyli),“Bəxtəvər oldum” qəzəl-romansı (İfa edirlər: “Musiqi sənəti” kafedrasının müəllim-konsertmeysterləri Respublika və Beynəlxalq müsabiqələr laureatı Səma Xəlilzadə və Albina Sərdarova), “Bakı əfsanəsi”( İfa edirlər: orta ixtisas təhsil pilləsinin müəllimi, Respublika və Beynəlxalq müsabiqələr laureatı Orxan Zeynalov və konsertmeyster, Respublika və Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Emil Əhmədzadə), “Popuri”( İfa edirlər: orta ixtisas təhsil pilləsinin konsertmeysteri, Respublika və Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Emil Əhmədzadə, bakalavr pilləsi Xalq Çalğı Alətləri ixtisasının III kurs tələbələri: Məmmədov Nihad (kamança), Süleymanov Fuad (tar), Quliyev Novruz (qarmon), Mirzəyev Vüsal (qarmon), Mehdizadə Nizami (nağara) nümunələri təqdim edilib.
Daha sonra Xalq artisti Tofiq Quliyevin sənət fəaliyyətini və ümummilli liderimiz Heydər Əliyevin T.Quliyev yaradıcılığına verdiyi yüksək dəyəri əks etdirən videoçarx nümayiş olunub.
Qeyd edək ki, konsertdə aparıcı qismində orta ixtisas təhsili pilləsinin müəllimi, musiqişünas Pərvanə Həsənova olub.
Konsertin musiqi tərtibatı isə BXA-nın baş müəllimi Lalə Hüseynliyə məxsusdur.
Digər Xəbərlər
27 Oktyabr 2025 14:05 Azərbaycan və Özbəkistanın milli teatrları əməkdaşlığa başlayır
27 Oktyabr 2025 11:28 Türkiyədən 4 kənd bu siyahıya daxil edildi
27 Oktyabr 2025 08:42 Tamaşaçıları düşündürən “Ana”
25 Oktyabr 2025 10:20 Vahid Novruzov teatr xadimləri ilə görüşdü - FOTOLAR
24 Oktyabr 2025 12:55 Cəbrayıl şəhərində "Zəfərin 5-ci ili: Böyük Qayıdışın addımları" fotosərgisi və "Bura mənim evimdir" filminin təqdimatı keçirilib
23 Oktyabr 2025 12:12 Əməkdar artist: “Onunla elə dərdləşirəm ki, sanki…”
22 Oktyabr 2025 17:00 “Səmavi dinlər” layihəsi Vatikanda təqdim edilib - FOTO
22 Oktyabr 2025 16:19 

Bakı -°C 






