Xoş gəldin, ŞEİR...
Sosial şəbəkədəki səhifəsində yazılıb ki, “Azərbaycan Müəlliflər İctimai Birliyi”-ndə və Niyazi adına Uşaq Musiqi məktəbində işləyir, fortopiano müəllimidir. Bir də yazılıb ki, Asəf Zeynallı adına Musiqi kollecini, sonra da Azərbaycan Milli Konservatoriyasını bitirib. Soyadı Bayramlı, adı isə Aygün xanımdır. Vəssalam...
Dünən bir şeiri səhifəmə təşrif buyurmasaydı, yəqin ki, bunları da bilməzdim. Şeri oxudum və zövq aldım. Poetik dili o qədər gözəldir ki, haqqında danışmaya bilməzdim:
İlahi, bizi azad yaratmısan,
Bəs niyə zincirlənib əllərimiz?
Niyə qəfəs içindədi ruhumuz?
Niyə qıfıllanıb qəlbimiz?
Qır bu zəncirləri,
Yıx hasarı, Allah.
Ver açarı!
Mən azad ölmək istəyirəm!
Görün bu şeir necə də qeyri adidir. Bədii dili, poetikası yerində, özünəməxsus kolariti, saflığı və üslubu ilə diqqəti cəlb edir. Qarşıma çıxan “Kaş ki” adlı daha bir şeirini oxuyuram:
Dərin-dərin səmaların
Buludu olaydım kaş ki…
Hamı gedərdi işinə,
Unudulaydım kaş ki...
Ya səmanın qucağında
Quşa dönəydim, uçaydım...
Ya da bir ulduz olaydım,
Səhər sönəydim kaş ki...
Bəlkə, başı göyə çatan
Ağac olaydım bircə gün.
Yazda hər yer yaşaranda,
Quruyaydım kaş ki...
Heç kəsin yaşamadığı
Bir ev olaydım bir saat,
Divarında köhnə saat kimi
Geri qalaydım kaş ki...
Bu beş günlük dünyanın elə bil ki,
Ucsuz-bucaqsız yaşamı var,
Yapışmışıq yaxasından ikiəlli.
Bu dünyanın yaxasından yapışan iki əlin
biri olaydım kaş ki…
Gözəl! Ruhu oxşayan, düşündürən, mücərrəd fəlsəfəsi olan, fərqli-fərqli düşüncələrdə müxtəlif cür mənalanan- yozulan şeir…
Fəhmin İlahidən güc alsın, ilhamın heç zaman susmasın, Aygün Bayramlı!..
Xoş gəldin, ŞEİR...
Yeri gəlmişkən, biri var ŞAİR, biri də var NƏZMKAR. Şair şeir yazır, nəzmkar isə sözləri nəzmə çəkir…
Hörmətlə, Elman Eldaroğlu
Digər Xəbərlər
15 Sentyabr 2026 11:24
YENİ TƏDRİS İLİMİZ MÜBARƏK!
14 Sentyabr 2026 19:47
Əbülfət Mədətoğlu: TƏBRİKSİZ GÜN...
14 Sentyabr 2026 12:44
Yaxşılıq səssiz ediləndə insanların qəlbində qalır
14 Sentyabr 2026 10:54
Əbülfət Mədətoğlu - Həyatımdakı 11 sentyabr
14 Sentyabr 2026 10:53
“Ağıl öyrətmək zorunda qaldığım bu mövzuya bir də qayıdası olmayacağam”
11 Sentyabr 2026 16:21
Rafiq ƏLƏKBƏR: Qarpızəli Çömçəzadə ilə Yarpızəli Nimçəzadənin dastanı
11 Sentyabr 2026 13:34
Əbülfət Mədətoğlu: "Həyatımın ən böyük riskini etdim"
10 Sentyabr 2026 12:05


Bakı -°C

