Yallı və Naxçıvanda qrup rəqsləri UNESCO-nun siyahısına daxil edildi

UNESCO "Yallı (Köçəri, Tenzere), Naxçıvanda ənənəvi qrup rəqsləri”nin Təcili Qorunma Siyahısında saxlanmasına qərar verib.
Adalet.az xəbər verir ki, qərar Botsvananın Kasane şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 18-ci sessiyasında qəbul olunub.
Təşkilatın Azərbaycan Milli Komissiyasının "X" hesabında bu barədə paylaşımda deyilir:
"Botsvananın Kasane şəhərində keçirilən UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 18-ci sessiyasında “Yallı (Köçəri, Tenzere), Naxçıvanda ənənəvi qrup rəqsləri” elementinin statusuna dair 1-ci məruzə haqqında qərar qəbul edilib".
Digər Xəbərlər

Onlara Prezidentin mükafatı veriləcək

Prezidentdən Arif Babayevlə bağlı SƏRƏNCAM

"Mən rəssama dedim ki, bu xalça mənə doğma gəlir. Görəsən niyə?" - Leyla Turan yazır
