adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
13 May 2022 17:46
903
MARAQLI

Yaponiya və yaponlar haqqında nələri bilirik?

Bünyamin Bünyadzadənin təqdimatında...

Müasir Yaponiyadakı çox dinamik modernləşmə nəticəsində hətta bəzən fikirlər formlaşır ki, bu ölkəyə yad planetlərdən müdaxilə olunub. Lakin bu ölkə heç də yad planetdən gələnlərin əli ilə yaradılmayıb və yaponların uğurlarında sirli-sehrli səbəblər yoxdur. Yaponiyanın inkişafının təməlində rasional izah edilə bilən səbəblər yatır. Bu səbəblər həm də olduqca maraqlıdır.

Yaponiya barədə cəmiyyətdə formalamış sterotiplərdən biri də onların öz mədəniyyətlərini, adət-ənənələrini, dəyərlər sistemini, hətta idarəçilik sistemini saxlayaraq, inkişaf etdiyinin qəbul edilməsidir. Bu düşüncənin daşıyıcıları əsasən ölkədə qərb idarəçilik sisteminin, dəyərlərinin formalaşmasına kəskin qarşı çıxan konservativ kəsimdir. Onlar Yaponiyanı nümunə gətirərək, Azərbaycanın da eyni yolu gedə biləcəyini iddia edirlər. Bu məsələdə maraqlı olan budur ki, bu insanların heç birinin Yaponiyanın hansı yoldan getdiyindən xəbərləri yoxdur.

Yaponiya haqqında üçüncü yanlış məlumat bu ölkənin tamamilə ABŞ tərəfindən yaradıldığına inama dayanır. Bu fikrin formalaşmasında İkinci Dünya Müharibəsindən sonra ABŞ-ın Yaponiyaya etdiyi yardımlar əsas götürülüb. Lakin nədənsə, biz Yapniyanın İkinci Dünya Müharibəsinə qədər artıq supergüc dövlət olduğunu unuduruq.

Bu üç fikir arasında ziddiyətlərin açıq-aşkarlığı sizləri çaşdırmasın. Məsələ burasındadır ki, fərdlərin həyata baxışlarında da bir-birinə zidd, amma paralel olaraq daşıdıqları və yaşatdıqları fikirlər olur. Xüsusən, şəxs azərbaycanlıdırsa, onun düşüncəsində bir-birinə daban-dabana zidd olan düşüncələrin hamısının həqiqət kimi qəbul edilməsinə təəcüblənmək lazım deyil.

Məhz yuxarıda göstərdiyim və hazırda cəmiyyətimizdə Yaponiya haqqında formalaşmış və hətta daşlaşmış düşüncənin yanlış olduğunu göstərmək üçün Yaponiyanın inkişaf yolu haqqında qısa tarixi bilgi verməyi zəruri bildim.

Bəs Yaponiyada nə baş verdi?

Bir çox tarixçilər tərəfindən bölüşülən ortaq fikir budur ki, Yaponiyanın tarixində dönüş ili 1854-cü ildə ABŞ hərbi donanmasının komandanı Mattwe C. Perry-nin rəhbərliyi ilə Yaponiya sahillərinə yön alan 10 hərbi gəmi ilə başlayıb. Bu hadisə nəticəsində ABŞ hərbi gücü ilə Yaponiyanı qorxudaraq onun sərhədlərinin açılmasına və dünya ticarətinə qoşulmasına məcbur edib. Daha sonra, ABŞ Yaponiyada ilk konsulluğunu açaraq, bir çox sərfəli ticarət sazişləri bağlaya bilib. Bu tarixdən başlayaraq Yaponiyanın 250 illik dünyadan təcrid olmaq siyasətinə son qoyulub.

Həmin hadisədən 4 il sonra yəni 1858-ci ildə Hollandiya və Britaniya Krallığı da Yaponiya ilə oxşar saziş bağlayıb. Yaponlar bu müqavilələri “bərabər olmayan”, “alçaldıcı” hesab edirdilər. Əslində onların bu müqavilələri (Bu müqavilələr nəticəsində Yaponiyanın xarici ticarəti üzərində nəzarət tamamilə xarici dövlətlərin əlinə keçmişdi) bağlamamaq, onlardan imtina etmək şansları da yox idi, çünki onun sərhədlərinə yan alan dövlətlərin hərbi üstünlüyü Yapniyadan qat-qat çox idi (o zamanlar ölkəni idarə edən samuraylar şüurlu sürətdə odlu silahın bütün növlərindən imtina etmişdi). Yaponların bu sazilşləri heç bir etirazsız icra etməsi üçün 1864-cü ildə Britaniya, Fransa, Hollandiya və ABŞ hərbi gəmiləri Kogoshima və Shimoneki portlarını bombardımana tutdular. Bütün bu uğursuzluqlar 1868-ci ildə hakimiyətdə olan Tokugawa shogun (“böyük general”) devrilməsi ilə nəticələndi. 1600-cü ildən ölkəni idarə edən Tokugawa ailəsinin dövründə, Yaponiya hələ də dünyadan təcrid olunmuş, feodal idarəçilik qaydaları ilə idarə olunurdu. Ölkə yüzlərlə yarı müstəqil feodal lordlar arasında bölünmüş, texnoloji inkişafı zəif, aqrar ölkə idi. Tokugawanın devrilməsindən sonra hakimiyətə gələn yeni qrup, 16 yaşlı Mutshitonu imperator elan etdi. Ölkədə elə nə baş verdisə, məhz Mutshitonun hakimiyyəti dövründə baş verdi. Meiji (“aydınlanmış idarəçilik”) adlanan bu dövrdə ölkənin siyasi, iqtisadi və sosial institutları ciddi islahatlarla məruz qaldı. Bu islahatlara Meiji Bərpası adını verdilər. Meiji Bərpasını həyata keçirən qrup, aşağıdakı 8 bəndən ibarət planı icra etməyi qarşılarına məqsəd qoymuşdular: (əslində bu plan Tokugawa ailəsinə devrilməmişdən qabaq təqdim olunmuşdu):

Təbiidir ki, Yaponların məhz qərb idarəçilik sistemini və dəyərlərini qəbul etdiyi üçün indiki inkişafa çatdıqlarını, yaponların bir xalq olaraq heç bir keyfiyyətə sahib olmadığını, uğuru yaxşı imitasiya etdiklərini demək isətmirəm. Demək istədiyim odur ki: Yaponlar bir şeyi çox yaxşı dərk etmişdi, “əgər Qərbi məğlub etmək istəyirsənsə və ya ona məğlub olmaq istəmirsənsə, o zaman özün onlardan biri olmalısan”.

Təsadüfi deyil ki, yaponlar öz islahatlarının uğurla nəticələnməsinin tərifini belə verirdilər: “Qərb istedadı və yapon ruhununun qovuşması”.

Nəticədə məlum olur ki, Yaponiya heç də yad planetdən gələnlərin əli ilə yaradılmayıb və yaponların uğurlarında sirli-sehrli səbəblər yoxdur. Yaponiyanın inkişafının təməlində rasional izah edilə bilən səbəblər yatır.

İkinci, Yaponiya heç də öz adət-ənənlərini (bu adətlər feodal idarəçiliyin nəticəsi kimi yaranmışdı) saxlayaraq, qoruyaraq inkişaf etməyib. Buna ən bariz misal, Meji Bərpası siyasətini aparan adamların (Okubo Toshimichi, Shimazu Hisamitsu) elə samurayların özü olması idi. O samuraylar ki, Koroğlu kimi qılıncı odlu silaha dəyişməyə qarşı çıxmışdılar və odlu silahı samuraylara yaraşdırmırdılar. Həmin bu proqressiv, kiçik qrup olan samuraylar, “dağıdıcı yaradıcılıq” rolunu üzərlərinə götürərək, öz kastalarının bütün hüquqlarını onların əllərindən alaraq, cəmiyyətdə ayrı-seçkiliyə əsas yaradan dəyərləri tamamilə məhv etdilər. Samuraylar yeni və dünya ilə ayaqlaşacaq, daha proqressiv dəyərləri (o zamanda və elə indidə də) yəni Avropa əsaslı dəyərləri qəbul etdilər. Yaponlar bu dəyərlərə kompleks yanaşaraq aralarında fərq qoymurdular (geyimdən tutmuş, yaşayış qaydaları və idarəçiliyə kimi), onlar bu dəyərlərin bir-birinin determinantı (müəyyən edicisi) rolu oynadıqlarını çox yaxşı bilirdilər. Yaponiyada Qərbdə çıxan bütün növ ədəbiyyatı tərcümə olunmasının əsasında məhz bu yanaşma dururdu. Hazırki statistikaya görə, orta statik yapon il ərzində 25 kitab oxuyur. Azərbaycanlının heç intellektual sayılan kəsimi belə bu qədər kitab oxumur.

Üçüncü, artıq yazıdanda məlum olduğu kimi, Yaponiyanı ABŞ-ın yaratmadığı aydın olur. ABŞ –ın İkinci Dünya Müharibəsindən sonra Yaponiyanı dirçəltmək istəməsinin ən əsas səbəbi onun SSRİ ilə mübarizəsində SSRİ-ni üzük qaşı kimi dövrəyə almaq, güclü kapitalist mütəffiqlərə sahib olmaq siyasəti dururdu, necə ki, eyni yanaşmanı Qərbi Almaniyanın və ümumilikdə Avropanın dirçəldilməsi ilə həyata keçirirdi. Çünki ABŞ bu ölkələr olmadan SSRİ-yə məğub olardı və dünyanın indiki mənzərəsi tamam fərqli ola bilərdi.