Yaşayış və qeyri-yaşayış sahələri üzrə 30,4 milyon manat ƏDV vətəndaşlara ödənilib
Vətəndaşlar tərəfindən 2024-cü ilin 1 aprel tarixinədək İnternet Vergi İdarəsində yaradılan müvafiq portal üzrərindən ümumilikdə 14 min 927 müraciət daxil olub ki, bu müraciətlərdən 7.793-ü üzrə 30,4 mln. manat vəsaitin vətəndaşlara ödənilməsi təmin edilib.
Adalet.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, portal istifadəyə verildiyi tarixdən indiyədək bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən 1.191 sayda “Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı hər bina üzrə məlumat forması” təqdim edilib ki, bunlardan 761-i təsdiqlənib.
Vətəndaşların müraciətlərinin araşdırılması zamanı imtinaya səbəb olan bir sıra hallar müşahidə edilib. Bunlar, əsasən, son ödəniş tarixindən 90 gün ərzində müraciət olunmaması, ödənişin təyinatınında e-qaimənin məlumatlarının göstərilməməsi, ödənişlərin başqa şəxslər tərəfindən həyata keçirilməsi, ödəniş zamanı ƏDV və əsas məbləğlərin ayrılıqda ödənilməməsi ilə bağlıdır.
Dövlət Vergi Xidməti mənzil tikintisi ilə məşğul olan şəxslərə də müvafiq məlumat formalarının qanunvericilikdə nəzərdə tutulmuş qaydada təqdim olunmasını tövsiyə edir.
Qeyd edək ki, vətəndaş məmnunluğunun artırılması məqsədilə 2023-cü ilin sentyabr ayından etibarən geri qaytarılan vəsaitlər şəxsin müvəkkil bankda olan virtual “Ədvgerial” hesabına köçürülür. Bununla da əvvəllər adıçəkilən sahədə mövcud olan bir sıra çətinliklər aradan qaldırılıb.
Digər Xəbərlər
08 Sentyabr 2026 15:48
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib
08 Sentyabr 2026 15:32
“İran iqtisadi böhrana yuvarlanır...”
08 Sentyabr 2026 12:43
Yay mövsümündə Azərbaycanın hava məkanında uçuşlar artıb
08 Sentyabr 2026 11:46
Bu şəxslər pensiya ala bilməyəcək
08 Sentyabr 2026 10:22
“İnflyasiya da inkişaf etməkdə olan ölkələrin orta göstəricisi səviyyəsindədir”
07 Sentyabr 2026 20:38
"Azərbaycan və Özbəkistanın birgə layihələr portfeli 5 milyard dolları ötüb"
07 Sentyabr 2026 12:00
Zəngəzur dəhlizinə görə yeni güzəştlər olacaq
07 Sentyabr 2026 09:19


Bakı -°C

