09 Iyul 2024 12:30
532
ELM VƏ TƏHSİL

Yaxın günlərdə Laçının Sus və Zabux kəndlərində uşaq bağçaları açılacaq

Yaxın günlərdə Laçının Sus və Zabux kəndlərində uşaq bağçaları açılacaq.

Adalet.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, növbəti illərdə Füzuli və ehtiyac olacağı təqdirdə Şuşada məktəbdaxili icma əsaslı məktəbəqədər təhsil qrupları olacaq.