Yeni qitə kəşf olundu

Geoloqlar Yeni Zelandiyanın altında böyük qitənin izlərini tapıblar.
Adalet.az xəbər verir ki, bu barədə Yeni Zelandiya, Avstraliya və Yeni Kaledoniyadan olan geoloqların GSA jurnalında nəşr edilən məqaləsində deyilir.
Alimlərin sözlərinə görə, Zelandiya təqribən 100 milyon əvvəl qədim Hondvana superqitəsindən qopub aralanmağa başlayıb. Bu, Yer qabığının deformasiyaya uğramasına və nəticədə qitənin böyük hissəsinin su altında qalmasına gətirib çıxarıb. Geoloqlar iddialarını peyk müşahidələri ilə təsdiq edirlər.
Yeni qitənin sahəsi təxminən beş milyon kvadratkilometr təşkil edir. Onun böyük hissəsi, təqribən 94%-i su altındadır. Suüstü elementlərdən Yeni Kaledoniya adasını və Yeni Zelandiyanın Şimal və Cənub adalarını göstərmək olar.
Məqalənin müəllifləri coğrafi qitələrin (ingilisdilli ölkələrdə qəbul edilmiş terminologiyaya görə) sayını 7-dən (Avropa, Asiya, Afrika, Avstraliya, Antarktida, Şimali Amerika və Cənubi Amerika) 8-ə artırmağı təklif edib.
Digər Xəbərlər

Azərbaycanda 1 kiloqramı 450 manata çay satılır - VİDEO

Anna Akopyan tələbə olacaq: “Çin fəlsəfəsi”

25 ilə insanlar 1000 il yaşaya biləcək

3 məşhur öncəgörəndən 2025-ci il üçün dəhşətli PROQNOZ

Dünya okeanı qaralmağa başlayıb - Alimlərdən həyəcan təbili
jpg-1748332056.jpg)
Dünyanın 2-ci böyük qülləsi tikilir:“Bürc Xəlifə”dən sonra “Axmat Tower”
jpg-1716797106.jpg)
Rusların tank altına salıb öldürdüyü 27 erməni "inqilabçı": MEQ-VAKH dəstəsi
