Yılmaz Özdil: "Dünya bizi qisqanır"

YILMAZ ÖZDİL
67669 | 2020-06-05 07:44

Ayasofyadamehter marşı oxudaraq qürurla "dünya bizi qısqanır” dediyimiz gün...Tarixdə ilkdəfə özəl şirkət-Elun Muskun şirkəti kosmosa turist göndərdi.

Insanlarınkosmos macərası 62 il əvvəl başlamışdı. 1958-ci ildə NASA yaradıldı. NASAyaranar-yaranmaz Hollivud üzünü kosmosa döndərdi. Bir il sonra "Twelve to themoon” çəkildi. Aya gedən 12 astronavtdan bəhs edirdi. Heyət müxtəlif millətlərdənqurulmuşdu. Biri zənci olmaqla üç amerikalı, rus, alman,yapon, isveçli,fransız, ingilis, Polşa əsilli yəhudi,braziliyalı və türk idi. Türk astronavtMüzeffer Temaydı. Aya gedən ilk türkidi.

Sadəcə filmdeyib keçə bilmərik. Çünki amerikan baxışını Hollivud göstərir. 1959-cu ildəaya gedən insanların bu millətlərdən olacağını düşünürdülər. Məsələn, Amerikadamilyonlarla italyanın yaşamasına, çoxlu sayda italyan aktyor olmasınabaxmayaraq astronavtlar arasında italyan yox idi.

Çinli yox idi.

Kanadalı yoxidi.

Avstraliyalı yoxidi.

Amerikada latınmənşəlilərin çoxluğuna baxmayaraq meksikalı yox idi.

Koreyalı, ispan,danimarkalı, holland yox idi.

Amma türkastronavt var idi.

Hollivudun ayagetsə ancaq bu millətlər gedə bilər dediyi 1959-cu ildən iki il sonra YuriQaqarin kosmosa uçdu.

Armstonqun ayaayaq basmasına 10 il vardı.

Filmdəkiastronavtların millətlərinə baxsaq...

Amerikalılar ayaendi. Filmdəki kimi aralarında bir zənci də var idi. Kosmosa dörd dəfə səfər edənbir zənci NASAda rəhbər də oldu.

Rusların kosmosstansiyası belə var.

Alman astronavtgetdi, yapon astronavt getdi, isveçli astronavt getdi. Fransız astronavt getdi,həm də qadın idi. Daha sonra Fransanın Avropa Birliyi məsələlərindən cavabdehnazir oldu.

Ingilisastronavt getdi, polyak astronavt getdi, israilli astronavt getdi.

Hollivudunbraziliyalı proqnozu da özünü doğrultdu. 2006-cı ildə kosmosa qalxdılar.

Amma...

Bu millətlərkosmosa gedə bilməz deyilən bəzi millətlərə haqsızlıq edildi. Məsələn, italyanastronavt kosmosa qalxdı. Hətta ordan Roma papası ilə belə danışdı.

Çinlilər məsələsindədə yanıldılar. Çinlilər artıq ayda robot gəzdirirlər.

Kanadalıları desək, onlar da göndərdi. Təkcəkişi yox, qadın astronavt da vardı.

Avstraliyalıastronavtlar da getdi, hətta biri altı ay kosmosda qaldı.

Meksikalıastronavt 1986-cı ildə getdi.

Argentinalı,kubalı, perulu, kosta-rikolu,kolumbiyalı astronavtlar da kosmosa getdi.

Kimisiniamerikalılar apardı, kimisini isə ruslar.

Koreyalı,danimarkalı, azərbaycanlı, türkmən, özbək, qazax, ispan, belçikalı, holland,avstriyalı, gürcü, qırğız, litvalı, rumın, bolqar, çex, ukraynalı, isveçrəli,macar, slovak, cənubi afrikalı və vyetnamlı da getdi.

HindistanlılarMarsa belə robot göndərdi. Səudiyyəli astronavt getdi, kralın oğluydu.

Malayziyalıgetdi.

Əfqan getdi.

Suriyalıastronavt var.

Hollivudun xəyallarındaolan və olmayanlar belə kosmosa ayaq açdı. Təkcə birindən başqa.

Gələcəyin kosmosölkəsi kimi proqnozlaşdırılan Türkiyə. Astronavt yerinə aktronat seçdilər.

Elon Musk 2017-ci ildə Türkiyəyə gəldi. Anıtqəbiriziyarət etdi. Anıtqəbirdəki şəklini paylaşaraq instaqramda bunları paylaşdı:

"Çiçəklərqoydum. Üç qırıq qabırğa,xəstə ağ ciyər. Amma yenə də döyüşdü.”

Tarixdə ilk dəfəözəl şirkətin , Elun Muskun şirkətinin kosmosa astronavt göndərdiyi gün...Bizim "aktronat”lar Ayasofyada mehtər marşı oxudaraq "dünya bizi qısqanır” deyərəkqürurlanırdı...

Dilimizəuyğunlaşdıran: Emin Piri

TƏQVİM / ARXİV