adalet.az header logo
  • Bakı 7°C
  • USD 1.7
03 Dekabr 2022 09:53
451
ƏDƏBİYYAT

Yol göstərirlər: kitablarınız satılmırsa, yazmayın! - Aqşin Yenisey yazır

Yol göstərirlər: kitablarınız satılmırsa, yazmayın!

Bulqakovun “Master və Marqarita”sı ölümündən otuz il sonra çap olundu. Bulqakov bütün dünya ədəbiyyatına təsir etmiş bu əsərinin taleyi haqqında, ümumiyyətlə, heç nə bilmədi.

Amerika filosofu, şairi Henri Toronun kitabları ölümündən sonra yayımlandı və Tolstoyun, Prustun, Qandinin sevə-sevə oxuduğu kitablar oldu.

Herman Melvillin bu gün dünyaca məşhur “Mobi Dik, yaxud Ağ Balina” romanı çap olunanda cəmi iki-üç nüsxə satılmışdı.

Kitabları satılmayan Edqar Po 40 yaşında yoxsulluq içində öldü. Şopenhauerin “Dünya iradə və təsəvvür kimi” əsəri 16 il mətbəədə gözlədikdən sonra kağız yığını olaraq anbara göndərildi.

Nitsşe kitabları satılmadığı üçün qürur duyurdu.

Emili Dikinson, Silvia Plat kimi dünyaca məşhur şairləri sağ ikən heç tanıyan yox idi.

Bunlar hələ mənim yadıma düşənlərdir.

Təsəvvür edin, adlarını xatırladığım bu müəlliflər də bizim ədəbiyyata, kitaba yol göstərənlərin ağlında olsaydı dünya nələr itirərdi...