adalet.az header logo
  • Bakı -°C

 Yollar... müharibənin davamına aparır - Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
167 | 2025-11-20 09:39
A- A+

"Axios"  mətbu orqanının yaxın mənbələrinə əsasən verdiyi məlumatlara görə, Ukrayna prezidenti Volodimir Zelenski, Ukraynanın təhlükəsizlik və müdafiə şurasının katibi Rüstəm Umerovu, münaqişənin nizamlanması üçün əvvəlcədən razılaşdırılmış plana uyğun olaraq, ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoffla görüşmək üçün Ankaraya göndərib.

 Umerov Uitkoffla görüşdə, münaqişənin nizamlanması üzrə  28 maddən ibarət Vaşinqton planını müzakirə edib və bir çox bəndlər üzrə razılaşma əldə edilib. Trampın xüsusi elçisi daha sonra, Ukrayna prezidenti Volodimir Zelenski və Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşməyi planlaşdırıb. Lakin...

 Lakin, Ukrayna prezidenti Donald Trampın xüsusi elçisiylə yeni Vaşinqton planını müzakirə etməkdən imtina edib. Bundan sonra Uitkoff Zelenskiylə görüşmək istəməyib.

 Noyabrın 29-də, CNN telekanalı bəyan edib ki, ABŞ prezidenti Donald Trampın administrasiyası  Rusiya ilə birlikdə Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı gizli plan üzərində işləyirlər. Prezidentin xüsusi elçisi Stiven Uitkoffa bu planın hazırlanmasında xüsusi rol ayrılıb.

 Politico qəzeti isə, yazır ki, Tramp administrasiyası Kiyevi, Rusiya və ABŞ-ın Ukrayna və Avropa İttifaqının iştirakı olmadan hazırladlqları "çərçivə sazişini" imzalamağa məcbur etmək istəyir. 

  Ukrayna prezidenti Volodimir Zelenski təbii ki, ölkəsinin iştrak etmədiyi "çərçivə sazişini" nəinki imzalaq, heç müzakirə etməyi belə qəbul edə bilməzdi. Bu sazişin bəndləri barədə açıqlama verilməsədə, aydındır ki, cüzi güzəştlərlə Rusiyanın daha əvvəllərdə irəli sürdüyü Kiyev üçün qəbulediməz ağır şərtlərin qəbul edilməsindən ibarətdir.

 Ukrayna prezidenti Ankaraya gedib, lakin imtina etdiyi Vaşinqton planını deyil, avropalı tərəfdaşları ilə hazırladıqları planı müzakirə etmək üçün. Aydlndır ki, bu planıda Rusiya tərəfi qəbul etməyəcək.

 Beləliklə, Rusiya-Ukrayna müharibəsin dayandırılması üçün ABŞ prezidenti Donald Trampın daha bir cəhdidə uğursuz nəticələnmək üzrədir. Adama elə gəlir ki, Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün, ABŞ prezidenti Donald Trampdan və Türkiyənin prezidenti Rəcəb Tayib Ərdoğandan başqa heç kim, nə ABŞ prezidentinin administrasiyası, nə də Avropa İttifaqı müharbənin dayanmasını istəmir. 

 Bir tərəfdə Tramp administrasitası Rusiya ilə, münaqişə tərəflərindən biri- Ukraynanın iştirakı olmadan, gizli "cərçivə sazişi" hazırlayır, digər tərəfdə isə, Avropa İttifaqı Zelenskiylə birlikdə, Rusiyanın iştirakı olmadan plan qurur.  

 İstər Vaşinqtin planını hazırlayan ABŞ və Rusiya, istərsədə Avropa -Zelenski planının hazırlayanlar, özləridə yaxşı bilirlər ki, onların münaqişəni "nizamlamaq" planları uğursuzluğa düçar olacaq.  

 Yəni, görünın odur ki, "münaqişənin tənzimlənməsi" missiyasını üzərlərinə götürənlər, əslində daha cox müharibənin davam etməsində  maraqlıdırlar.

 Təəssüf ki, dörd ilə yaxındır davam edən müharibənin tezliklə dayanacağı barədə verilən  praqnozlar yenə də özünü doğrultmur.

Atəşin dayandırılması ilə bağlı  atılan bütün addımlar (yollar)... müharibənin davamına aparır...

 

TƏQVİM / ARXİV