Yusif Əliyev saxlanıldı - 18 ildir Rusiyada imiş
Rusiya hüquq-mühafizə orqanları Sankt-Peterburqda 18 il axtarışda olan azərbaycanlı Yusif Əliyevi saxlayıblar.
Adalet.az xəbər verir ki, bu barədə “Kommersant” nəşri Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Baş İdarəsindəki mənbəyə istinadən məlumat yayıb.
54 yaşlı şəxs 2008-ci ildən bir neçə maddə, o cümlədən iki və daha çox şəxsin öldürülməsi maddəsi ilə beynəlxalq axtarışda olub.
Ona qarşı həmçinin cinayətkar iyerarxiyada yüksək mövqe tutmaq ittihamı irəli sürülüb. Bu maddə üzrə onu 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Saxlanılmadan sonra istintaqın suallarını cavablandıran Yusif Əliyev bu müddətdə gizlənmədiyini, sadəcə Belarusda yaşadığını deyib.
Qeyd edək ki, Yusif Əliyev 2009-cu ilin martında hədə-qorxu ilə tələb etmə və adam oğurluğu şübhəsi ilə saxlanılıb. Saxlanılmadan qısa müddət sonra hüquq-mühafizə orqanları Yusif Əliyevi azadlığa buraxıb, o isə qaçıb gizlənib.
Digər Xəbərlər
10 Iyun 2026 11:15
Sürücü sərxoş halda tutuldu, sərnişinindən narkotik aşkarlandı - VİDEO
09 Iyun 2026 17:54
Narkotik qaçaqmalçılığı planı ifşa olundu
08 Iyun 2026 17:38
Novxanıda gizli narkobunker aşkarlandı - Əməliyat görüntüləri
08 Iyun 2026 12:23


Bakı -°C

