Zakir Həsənov Ərhan Afyoncu ilə görüşdü
Yanvarın 22-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin rektoru professor Ərhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Adalet.az-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qonaqları salamlayan general-polkovnik Z.Həsənov ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu bildirib. Müdafiə naziri qardaş ölkə Türkiyə ilə digər sahələrdə olduğu kimi, hərbi təhsil sahəsində də əməkdaşlığın yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib.
Nazir hərbi təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsinin hərbi qulluqçuların bilik və bacarıqlarının artırılmasına müsbət təsir etdiyini vurğulayıb.
Səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən professor Ə.Afyoncu ölkəmizin suverenliyi və ərazi bütövlüyünün bərpası, eləcə də Azərbaycan Ordusunda əldə olunan nailiyyətlərlə əlaqədar müdafiə nazirini təbrik edib. Hərbi təhsil sahəsində həyata keçirilən islahatların bundan sonra da davam etdirilməsinin, eləcə də bu istiqamət üzrə qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd edib.
Görüşdə hər iki ölkənin hərb tarixinin, o cümlədən qəhrəmanlıq salnamələrinin araşdırılmasının vacibliyi xüsusi vurğulanıb, Azərbaycan ilə Türkiyə arasında maraq doğuran bir sıra məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Sonra Ə.Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və müdafiə nazirinin müşaviri general-polkovnik Bəxtiyar Ersay ilə görüşüb.
Keçirilən görüşlərdə Azərbaycan ilə Türkiyə arasında hərbi təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların olduğu qeyd edilib.
Digər Xəbərlər
05 Aprel 2026 18:29
Azərbaycan XİN-dən Rusiyaya xəbərdarlıq
04 Aprel 2026 17:53
Pentaqonda generallar niyə qovulur? - Səxavət Məmməd yazır
04 Aprel 2026 15:11
Əli Əsədov məmurları toplayıb, müşavirə keçirdi
04 Aprel 2026 12:00
Prezident həmkarını təbrik etdi
04 Aprel 2026 11:35
“Çini ən çox narahat edən Hörmüz boğazının təhlükə altında olmasıdır”
04 Aprel 2026 11:15
“Düşmənə vurulan zərbə yalnız hərbi deyil, həm də psixoloji sarsıntı idi...”
04 Aprel 2026 10:59
“Məsud Pezeşkianın prezident İlham Əliyevə vasitəçilik təklifi mümkündür”
04 Aprel 2026 10:41


Bakı -°C

