Zakir Həsənov generallarla birlikdəTürkiyəyə getdi
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Namiq İslamzadə və nazirliyin digər vəzifəli şəxsləri “EFES - 2026” çoxmillətli birgə müştərək təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"ndə iştirak etmək üçün Türkiyəyə işgüzar səfər edib.
Adalet.az xəbər verir ki, səfər çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənov qardaş ölkənin milli müdafiə naziri cənab Yaşar Gülerlə, Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev isə həmkarı ordu generalı Selçuk Bayraktaroğlu ilə görüşüblər.
Görüşlərdə ölkələrimiz arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlıqların mövcud vəziyyəti və perspektivləri müzakirə edilib. Hər iki ölkədə həyata keçirilən birgə layihələrin və təlimlərin əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, səfər çərçivəsində Müdafiə Nazirliyinin rəhbər heyətinin Azərbaycan Ordusunun və ümumillikdə 50 ölkədən 10300 hərbi qulluqçunun iştirakı ilə keçirilən “EFES - 2026” çoxmillətli birgə müştərək təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"nün gecə və gündüz mərhələlərində iştirakı planlaşdırılır.
Digər Xəbərlər
20 May 2026 17:46
Ədalət Vəliyev partiya sədri ilə görüşdü
20 May 2026 16:20
Əli Əsədov Tacikistanın baş nazirinin müavini ilə görüşüb
20 May 2026 14:58
Prezident onları təltif etdi
20 May 2026 14:45
Bu şəxslər hərbi xidmətə çağırılır - SƏRƏNCAM
20 May 2026 13:32
“İndi isə tarixdə Laçının işğal günü yoxdur, azadlıq günü var”
20 May 2026 13:32
İran ABŞ strateji mürəkkəb vəziyyətlə üzləşdirib – Politoloq
20 May 2026 10:35
Azərbaycan XİN Milli Günü münasibətilə Kamerunu təbrik edib
20 May 2026 10:19


Bakı -°C

