Zelenski münaqişənin bitməsini istəyir..? -  Rüstəm Hacıyev yazır

RÜSTƏM HACIYEV
285 | 2024-08-06 11:47

Ukraynanının  prezidenti Volodimir Zelenski bəyan edib ki, ölkəsinin məqsədi münaqişənin sona çatdırılmasıdır. Bu barədə o, X sosial səhifəsində yazıb.

"Bizim dəyişməz məqsədimiz, elə bu ilin sonunadək münaqişəni ədalətli əsaslarla bitirməkdir"- deyə Zelenski bildirir.

Son vaxtlar Ukraynada Rusiya ilə danışıqlara başlamaqla bağlı daha çox danışmağa başlayıblar. Elə bu yaxınlarda Zelenski bildirmişdi ki, Kiyev Moskva ilə danışıqlara başlamaq üçün ikinci sülh konfransına təkliflər hazırlayıb. Ukrayna prezidenti qeyd edib ki, Ukrayna münaqişənin bitməsini istəyirsə, mütləq danışıqlara getməlidir.

Əslində, bütün müharubələr, münaqişələr sonda danışıqlar masasında həll olunmalıdır. Lakin Rusiya-Ukrayna münaquşəsinin hazırki durumu hələ ki, danışıqlar masasına oturmağa imkan vermir. Tərəflər məsələnin sülh yolu ilə həll olunması üçün qəbuledilməz şərtlər irəli sürürlər. 

Münaqişənin ədalətli həlli ilə bağlı Ukrayna və Rusiyanın arzuları bir birinə tərs mütanasibdir. Ukrayna yalnız işğal olunmuş ərazilərdən rus qoşunlarının çıxarılması, ərazi bütövlüyünün bərpa olunması və bundan sonra danışıqlar masasına otura biləcəkləri şərtlərini irəli sürür. Moskva isə, tam əksinə, işğal etdiyi və artıq rəsmi olaraq Rusiyaya birləşdirdiyi,  Krlm, Donetsk, Luqansk, Xerson və Zaparojye vilayətlərinin, Rusiyanın əraziləri kimi tanınmasını və Ukraynanın NATO-dan imtina etməsi şərtlərini irəli sürür. 

Bu şərtlərlə sülh danlşıqlarına getməyin mümkün olacağı inandırıcı görünmür. Tərəflər sülh istəyirlərsə, mütləq kompromisə getmək variantları üzərində işləməlidirlər. Lakin hələ ki, hər hansı bir tərəfdən kompromis təkliflər irəli sürülməyib. 

Ümumiyyətlə, son vaxtlar bu ilin sonunadək bu münaqişənin həll olunacağı ilə bağlı xəbərlər yayılmaqdadır. Sadəcə olaraq bu münaqişənin hansı şərtlərlə həll olunacağı barədə isə heç bir məlumat verilmir. 

Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bəyan edib ki, Moskva Kiyev rejiminə inanmır. Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova da, qeyd edir ki, Zelenskinin bəyənatı noyabrda Donald Trampın ABŞ prezidenti seçilməsinin mümkünliyi ilə bağlı ola bilər. 

2022-ci ilin fevral ayının 22-dən Rusiyanın Ukraynaya hücumu ilə başlayan müharibə isə,  öz qanlı axarl ilə davam etməkdədir. 

 

  • Avqust:
  • 2

TƏQVİM / ARXİV