Saakaşvili həqiqətən Gürcüstana demokratiya gətirdi, Gürcüstanı inkişaf etdirdi, islahatlar apardı, korrupsiyanı müəyyən mənada azaltdı, rüşvəti aradan qaldırdı. Sonra da getdi Avropanın və ABŞ-ın fıştırığına Putinə kəllə atdı, ondan sonra da ABŞ və Avropa Putinin qorxusundan Saakaşvilinin arxasından qaçdılar, arxası üstə düşdü yerə, qalstukunu çeynədi.
ABŞ və Avropa dövlətləri o boyda prezidenti doladılar barmaqlarına, göndərdilər Ukraynanın Odessa şəhərinə icra başçısı. O bunu niyə özünə sığışdırdı, hələ də anlamıram.
İndi də «dəliyə yer ver, əlinə bel ver», ABŞ və Avropa dövlətləri Zelenskini Rusiyaya qarşı qoydular. Üç ildi müharibə gedir, Ukrayna dağılıb, 10 milyon ukraynalı Avropaya qaçıb, milyondan da çox ukraynalı müharibədə həlak olub. Və ABŞ gördü ki, Zelenski yolu ilə Rusiyanı dağıda bilmədilər, Tramp da Zelenskinin arxasından qaçdı, o da arxası üstə yox, bu dəfə dalı üstə düşdü yerə, indi qalıb çabalaya-çabalaya.
Yəqin tezliklə görəcəyik ki, ABŞ və Avropa dövlətləri Zelenskini Gürcüstanın Lançuxiti şəhərinə icra başçısı göndəriblər.